Icma.az
close
up
RU
“Yaşıl ideyalar” intellektual yarışı keçirilib

“Yaşıl ideyalar” intellektual yarışı keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Bakı Gənclər Mərkəzi və “Ağıllı Cəmiyyət Ətraf Mühitin Qorunmasına Dəstək” İctimai Birliyi “Yaşıl ideyalar” intellektual yarışını təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin ekoloji biliklərini artırmaq, yaradıcı ideyaların mübadiləsinə şərait yaratmaq və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməkdir.

Yarışda iştirak edən gənclər iqlim dəyişiklikləri, davamlı inkişaf və ekoloji problemlərin həlli yolları barədə biliklərini nümayiş etdiriblər.

Beş komanda tərəfindən ekoloji dəstəyə dair ideyalar münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti layihələri qiymətləndirərək iştirakçılara sertifikatlarla təqdim ediblər.

“Ağıllı Cəmiyyət Ətraf Mühitin Qorunmasına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Səbinə Zülalova bildirib ki, bu yarış yalnız intellektual mübarizə deyil, həm də ekoloji düşüncəni gücləndirən vacib bir çağırışdır: “Biz inanırıq ki, gənclərin ideyaları gələcəyin yaşıl dünyasının qurulmasında mühüm rol oynayacaq.”

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın sözlərinə görə, bu gün gənclər yalnız gələcəyin deyil, həm də bu günün liderləridir. Onların ekoloji şüurunu gücləndirmək, təşəbbüslərə cəlb etmək isə əsas məqsəddir. O, bu yarışda səslənən ideyaların gənclərin yaşıl dünyaya verdiyi dəyərli töhfələrin başlanğıcı olacağına inandığını qeyd edib.

Ətraf mühitin qorunması və bu istiqamətdə gələcək nəsillərin üzərinə düşən məsuliyyət barədə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova dünyada müşahidə olunan ekoloji problemlər – iqlim dəyişmələri, hava və su hövzələrinin çirklənməsi, meşələrin azalması və torpaq ehtiyatlarının səmərəsiz istifadəsinin yaratdığı fəsadlar haqqında məlumat verib. Xidmətin rəis müavini bu kontekstdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq cəmiyyətimizin bütün üzvlərini təbiətin mühafizəsinə diqqətlə yanaşmağa çağırıb. “Ətraf mühitin qorunması yalnız bu günün deyil, həm də gələcək nəsillərin rifahı üçün vacibdir. Hər kəsin bu istiqamətdə atacağı addım ümumi məqsədimizə – sağlam və dayanıqlı gələcəyin qurulmasına xidmət edəcək”, - deyə o diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri