Icma.az
close
up
RU
Zəfərdən Yüksəlişə intellektual yarışı keçirilib

Zəfərdən Yüksəlişə intellektual yarışı keçirilib

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər gününün beşinci ildönümü münasibətilə "Yüksəliş" müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında "Zəfərdən Yüksəlişə" adlı intellektual yarış təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələri, eləcə də Ali Baş Komandanın zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən qısa videoçarx nümayiş olunub.

Açılış mərasimində gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və komandalara uğurlar arzulayıb.

Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Mübarizədə birinci yerə "ZəfərOn", ikinci yerə "44", üçüncü yerə isə "Everest" komandaları layiq görülüblər. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.

Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar "Yüksəliş" müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see270

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see220

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see214

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see208

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see208

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see208

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see203

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see199

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see199

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see198

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see189

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see189

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see188

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see186

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see182

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri