Icma.az
close
up
RU
Ağstafada intellektual bilik yarışı keçirilib FOTOLAR

Ağstafada intellektual bilik yarışı keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İntellektual yarış 2025-ci il ölkəmizdə “Konstitusiya və  Suverenlik İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz  Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman zalında baş tutub.

"Unikal" xəbər verir ki, Ağstafa rayonunun 31 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandaları arasında keçirilən yarışın əsas məqsədi dövlətimizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri haqqında biliklərin artırılması, işğaldan azad olunmuş  ərazilərimizin tarixi irsinin tanıdılması, regionun milli-mədəni dəyərlərinə marağın yüksəldilməsi olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər, ictimaiyyət nümayəndəli iştirak ediblər. İştirakçılar ilk öncə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından  ibarət  sərgi ilə tanış olublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirlib. 

Tədbirdə çıxış edən RİH başçısı komandalara uğurlar arzu edərək qeyd edib ki, Azərbaycanın suveren dövlət kimi inkişaf yolu, siyasi sabitliyin qorunması və hüquqi dövlət quruculuğu xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa əsaslanır və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu ardıcıllıqla davam etdirilir.  

Yarışın münsiflər heyətinin tərkibində BDU Qazax filialının əməkdaşı, pedoqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, BDU Qazax filialının əməkdaşı, əməkdar tarix müəllimi İndira Səmədova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektorunun və  “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları yer alıblar.

Komandalar 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı, Azərbaycan Respublikasının Konstitusiyası, işğaldan azad edilmiş rayonlarda yerləşən abidələr və suverenliyə həsr olunmuş suallar üzrə  yarışıblar. Suallar çətinlik dərəcəsinə görə 3 mərhələni əhatə edib. Yekunda Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin təmsil olunduğu “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin təmsil olunduğu “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızıl Hacılı” komandası isə 3-cü yerlərə layiq görülüblər.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri