Icma.az
close
up
RU
“Yaşıl nəqliyyat” yeni iqtisadi modeli formalaşdıracaq” Orxan Məmmədov

“Yaşıl nəqliyyat” yeni iqtisadi modeli formalaşdıracaq” Orxan Məmmədov

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda “yaşıl nəqliyyat” təkcə ekoloji məsələ deyil, həm də yeni iqtisadi modelin formalaşması deməkdir. Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, elektrikli avtomobillər, velosiped sistemləri, karbonsuz logistik xidmətlər və enerji səmərəliliyi əsasında qurulan nəqliyyat təşəbbüsləri artıq bir çox ölkədə geniş tətbiq olunur:

"Bu tendensiya həm ətraf mühitin mühafizəsi, həm də yeni biznes imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır".

KOBİA rəhbəri qeyd edib ki, elektriklə işləyən nəqliyyat vasitələrinin – avtomobil, skuter, velosiped və digər növlərin yayılması kiçik və orta biznes subyektləri üçün yeni fəaliyyət sahələri yaradır:

"Bu sahədə texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri, velosiped icarəsi və servis xidmətləri, logistik platformalar və proqram təminatı sahəsində fəaliyyət göstərmək mümkündür. Bu isə KOB-ların innovativ sahələrə keçidini stimullaşdırır və yeni nəsil sahibkarlıq modelinin inkişafına yol açır”.

O. Məmmədov “yaşıl nəqliyyat” sahəsində müəyyən çətinliklərin də olduğunu deyib.

O, texniki xidmət və ehtiyat hissələrinin çatışmazlığını, şarj məntəqələrinin sayı və yerləşdirilməsində disbalansı, nəqliyyat vasitələrinin sertifikatlaşdırma və qeydiyyat prosedurlarındakı boşluqları, velosiped yollarının infrastrukturundakı natamamlığı əsas problemlər kimi sadalayıb.

Onun sözlərinə görə, Bakıda yeni avtomobil və velosiped zolaqlarının çəkilməsi hərəkətin fasiləsizliyinə və ekoloji yükün azaldılmasına müsbət təsir göstərir:

"Lakin bu eyni zamanda həmin zolaqların yerləşdiyi küçələrdə fəaliyyət göstərən obyektlər üçün yeni çağırışlar yaradıb. Bu çağırışlara piyada axınının azalması, avtopark yerlərinin məhdudlaşması və tədarük proseslərinin çətinləşməsi daxildir".

KOBİA sədri hesab edir ki, “yaşıl nəqliyyat” infrastrukturunun genişləndirilməsi prosesində KOB-ların maraqları da nəzərə alınmalıdır:

“Yaşıl nəqliyyat yolları layihələndirilərkən, həmin ərazilərdə yerləşən KOB-ların fəaliyyətinə təsirinin qiymətləndirilməsi aparılmalıdır. Logistika və təchizat xidmətləri üçün alternativ dayanacaqlar və yükləmə zolaqları təşkil olunmalı, elektrik şarj məntəqələri müştəri axınına dəstək ola biləcək mərkəzi nöqtələrdə qurulmalıdır. Eyni zamanda, yerli istehsalçılar üçün yaşıl texnologiyalar sahəsində innovativ təşəbbüslər dəstəklənməlidir.”

O. Məmmədov əlavə edib ki, KOBİA bu sahədə bir sıra təşəbbüslərlə çıxış edib və fəaliyyətini davam etdirməyi planlaşdırır.

“Yaşıl iqtisadiyyat” və ekologiya mövzularında sahibkarlar üçün 10 sahəvi və maarifləndirici görüş keçirilib, bu tədbirlərdə 300-dən çox sahibkar iştirak edib.

“Yaşıl Qarabağ” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində elektrik skuterlərin istifadəsi təmin olunub. Bu layihə məşğulluğa da müsbət təsir göstərib. Eyni modeli Xankəndi və digər işğaldan azad olunmuş şəhərlərdə də tətbiq etməyi planlaşdırırıq”.

O bildirib ki, “yaşıl iqtisadiyyat”a keçidə töhfə verən sahibkarlıq təşəbbüslərinə dəstək olaraq indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb. Bundan başqa, “Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirələr təşkil olunub.

KOBİA sədri əlavə edib ki, qurumun təşəbbüsü ilə və COP29 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” hazırlanıb və sənəd artıq 20-yə yaxın yerli və beynəlxalq təşkilat tərəfindən dəstəklənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri