Icma.az
close
up
RU
Orxan Məmmədov: Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq

Orxan Məmmədov: Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"COP29 çərçivəsində biz üzv ölkələr arasında "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" adlı sənəd imzalamışıq. Məqsəd kiçik və orta sahibkarların diqqətini iqlim məsələlərinə çəkməkdir. Həmçinin, biz yaşıl keçid məsələlərində KOB-lara dəstək olmağa çalışırıq. Buraya müxtəlif təlimlərin keçirilməsi, onlara sertifikatların verilməsi, həmçinin qrant layihələrinin ayrılması daxildir".

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Azərbaycanda dayanıqlı KOB mənzərəsi" tədbirində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Orxan Məmmədov bildirib ki, "Sahibkarlığın inkişafı haqqında" Qanunda yaşıl keçid məsələlərinə xüsusi yer ayrılıb və bu məsələlərdə təşəbbüslə çıxış edən KOB-lara xüsusi imtiyazlar veriləcək.

"Bundan başqa, biz çalışırıq, şirkətlər arasında ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipini təşviq edək. KOBİA Azərbaycanda milli ESG platformasının yaradılması və onun sahibkarlar arasında həyata keçirilməsində aktiv rol oynayır. Biz artıq iki böyük tədbir keçirmişik, ESG platformasını sahibkarlara təqdim etmişik. Bununla biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq".

Bununla belə, KOBİA rəsmisi əlavə edib ki, ilk növbədə böyük şirkətlər yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa maraqlı olmalıdırlar:

"Etiraf edək ki, bu gün kiçik və mikro sahibkarlıq subyektlərinin yaşıl keçid məsələlərində aktiv olması reallığa uyğun deyil. Onlar hazırda gündəlik qayğıları ilə məşğuldurlar. Lakin istər dövlət, istərsə də böyük şirkətlər onlara bu məsələlərdə kömək etməlidirlər".

Daha çox foto burada: PhotoStock.az

Şəhriyar Səmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri