Icma.az
close
up
RU
Yastıq altındakı pullar Bakıda beş ev almaq, yoxsa?

Yastıq altındakı pullar Bakıda beş ev almaq, yoxsa?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda əhalinin banklara əvvəlki inamı qalmayıb. Müstəqillik dövründən bəri vətəndaşlar dəfələrlə banklarla problem yaşayıb. Yaxın keçmişdə bir neçə bankda ciddi böhran yaşandı, bəziləri bağlandı və vətəndaşlar bundan kifayət qədər əziyyət çəkdilər. Hələ də bağlanmış banklarda qalan pullarını ala bilməyən insanlar var və onların işləri məhkəmədədir. Ölkədə digər banklara depozit qoyanlar olsa da, işin riskli tərəfi həmişə onları qorxudur.  

Bəs insanlar pulunu necə artırsın? Həmişəki kimi, daşınmaz əmlak liderdir. Məsələn, 2012-ci ildə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı ərazidə beşmərtəbəli binalarda ikiotaqlı mənzilin qiyməti təxminən 55 min dollar idi. İndi həmin mənzili 100 min manata almaq mümkündür. Yəni 58-59 min dollara mənzil sahibinə çevrilmək olar. İlk baxışdan dollarla qiymət çox artmayıb. Nəzərə alaq ki, 2015-ci ildə iki dəfə devalvasiya olub və bu da mənzillərin yetərincə dəyərli olmasına imkan verməyib. Göründüyü kimi, istənilən halda qiymət yüksəlib. Pulunu artırmaq istəyən şəxs həmin vaxt mənzil alaraq kirayəyə verməyə başlasaydı, indiyə ortaya qoyduğu pulun azı yarısı qədər qazanc əldə edərdi. 

Mütəxəssislər bir də qızıl almağı tövsiyə edir. Burada isə qiymətli daşı məhz külçə formada əldə etmək məsləhət görülür. Kriptovalyuta sayəsində qazanc əldə edənlər də az deyil. Lakin bunun risk tərəfi həmişə yüksəkdir. Varlandığınız sürətlə müflis də ola bilərsiniz.

İqtisadçı Natiq Cəfərli  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yaxın müddətli hədəflərdə pulun artırılmasının ən sərfəli variantı bank depozitləridir. Çünki bank depozitlərində 12 faiz gəlir verən banklar da var:  “Orta və uzun müddətli gəlirlə bağlı isə bəzi problemlər yarana bilər. Çünki manatın taleyinin bir neçə il sonra necə olacağı bəlli deyil. İnsanları devalvasiyanın olub-olmayacağı narahat edir. 2026-cı ildə belə bir problemlə qarşılaşa bilərik.  

Ona görə də orta və uzun müddət üçün manat depozitlərinin müəyyən problemləri qaçılmazdır. 

Qızılla bağlı narahatlıq isə ondan ibarətdir ki, onu alanda baha, satanda isə ucuz olur. Belə olan halda isə pul itirirsən. Ona görə də qızılı uzunmüddətli yatırım kimi saxlamaq daha faydalıdır. Qızılın qiymətinin bir neçə ilə artması ehtimalı yüksəkdir.Çünki dünyada iqtisadi çətinliklər, geosiyasi gərginliklər artdıqca qızılın qiyməti də artır və güvənli liman rolunu oynayır. Əgər uzunmüddətli yatırım etmək istəyənlər varsa, burada qızıl önəmlidir. Son bir ildə qızılın qiyməti 25 faiz artıb.  Daşınmaz əmlak isə Azərbaycanda çox bahalaşıb. 150 minlik bir evi alıb, icarəyə versəniz, ən yaxşı halda təqribən 25 ilə qoyduğunuz pulu götürə biləcəksiniz. 

Dünyada isə daşınmaz əmlakın qiyməti ilə onun icarəsindən gələn gəlir 8-10 il arasında olur və bu, daha yaxşı yatırım sayılır. Ona görə də pul artırılması insanların əlində olan vəsaitin həcmindən və onların planlarından asılıdır. Amma ümumilikdə yenə qeyd edim ki, qısamüddətli ən gəlirli sahə bank depozitləridir". 

Ekspert deyir ki, banklarla bağlı risklər var. Buna görə də vətəndaşlar daha çox sistemyaradıcı banklara müraciət etməlidir: “Ölkədə 4-5 bank var ki, onların bağlanması mümkün deyil. Əgər onlar bağlansa, ölkənin iqtisadiyyatı çökər. Ona görə də bank seçimində yüksək faizdən əlavə, bankların dayanıqlı olmasına vətəndaşlar mütləq fikir verməlidir. 

Bu günə kimi bağlanan banklarla bağlı ciddi məsələlər var. Vətəndaşlardan çox özəl sektorun əmənatləri ilə bağlı problemlər qalır. Vətəndaşın banklarda qalan pullarını gec də olsa geri almaq şansı var, amma elə özəl qurumlar var ki, onların vəsaiti hələ də qaytarılmayıb". 

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə banklarla bağlı inam böhranı yaranıb: “Vətəndaşlar banklara pul yatırdılar, onlar isə xaotik vəziyyətdən istifadə edərək insanları aldatdılar. Nəticədə vətəndaşlarda onlara qarşı inamsızlıq yarandı. Bundan sonra əhali daşınmaz əmlaka yatırım etdi və pulu evdə saxlamağa üstünlük verdi. Bu gün vətəndaş banka pulunu qoymağa ürək etmir. Eyni zamanda digər məsələ ondan ibarətdir ki, banklar cuzi faizlə vətəndaşlardan pulu qəbul edir, ancaq özləri kredit verərkən çox böyük faiz qoyurlar. Bu da vətəndaşa cəlbedici görsənmir. İnsanlarda böyük pul kütləsi var və onu uyğun yerlərdə saxlayırlar. Bu vəziyyətdə dövlət uduzur, çünki vəsaitlər "ölü kapital" kimi evlərdə qalır və iqtisadiyyata töhfə vermir. Hesab edirəm ki, Azərbaycanda vətəndaş-bank münasibətlərində şəffaf yanaşmaya və daha səmimi ortama ehtiyac var. Əks təqdirdə, bank-vətəndaş məsafəsi daha da dərinləşəcək. Bu hal nə vətəndaşın xeyrinədir, nə də dövlətin. Çox yaxşı olardı ki, banklar vətəndaşlara motivasiyalı faizlər təklif etsinlər, həm də etibar vəd etsinlər.  Vətəndaş müraciət edəndə bankdan pulunu götürmək imkanı olsun, bürokratik əngəllərlə qarşılaşmasın. Eyni zamanda fors-major hadisələr zamanı indeksasiya düzgün aparılmalıdır. Vətəndaş bilsin ki, böhran olarsa, pulu indeksasiya olunacaq və böhrandan salamat çıxacaq".

Sosioloq deyir ki, vətəndaşlar gəlir əldə etmək üçün sələmə pul verirlər və bunun qurbanına çevrilirlər: “Bunun axırı isə yaxşı sonlanmır və böyük cinayət hadisələrinə qədər gəlib çıxır. Ona görə də ən yaxşısı pulların banklara qoyulmasıdır. Bunun üçün isə bankla vətəndaş arasında inam körpüsünü bərpa etmək lazımdır”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri