Yatdı və milyoner oldu Yaponiyada maraqlı yarış
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Yaponiyanın paytaxtı Tokioda keçirilən qeyri-adi yuxu yarışında iştirakçılar ən sürətli və ən keyfiyyətli yuxuya getmək uğrunda mübarizə aparıblar. Yarışın qalibinə 2 milyon yendən, yəni təxminən 14 min dollardan çox pul mükafatı verilib.
Tokioda yataq istehsalçısı "Koala Sleep Japan” şirkətinin təşkil etdiyi yarışda onlarla iştirakçı ən sürətli və dərin yuxuya getmək üçün yarışıb.
AFP-nin məlumatına görə, özlərini peşəkar "yuxu yarışçıları” adlandıran iştirakçılar "Matt Race” adlı tədbirdə 2 milyon yendən çox olan böyük mükafatı qazanmaq üçün rahat çarpayılarda yuxuya getməyə çalışıblar.
Yarış qaranlıq və sakit otaqda keçirilib. İştirakçıların başına yuxu vəziyyətini izləyən xüsusi cihazlar yerləşdirilib və onlara maksimum 90 dəqiqə yatmaq imkanı verilib.
Yarış zamanı bəzi iştirakçıların çarpayıda yumşaq oyuncaqlara sarılaraq yatdığı da müşahidə olunub. Qalib yalnız ən tez yuxuya gedən şəxs deyil, həmçinin yuxunun keyfiyyəti və dərinliyi nəzərə alınaraq müəyyənləşdirilib.
Yarışın qalibi yalnız "Suimii” ləqəbi ilə tanınan qadın olub.
Tədbirin təşkilatçısı "Koala Sleep Japan” şirkətinin kreativ direktoru Riçiro Nakama Yaponiyanın yuxusuzluq problemi ilə tanınan ölkələrdən biri olduğunu və insanların çox işlədiyini qeyd edib.
///sfera.az///
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















