Icma.az
close
up
RU
Yatırım olaraq gümüş almağa dəyər? AÇIQLAMA

Yatırım olaraq gümüş almağa dəyər? AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə sosial şəbəkələrdə bəzi xarici iqtisadçılar və maliyyə bloqerləri ddia edirlər ki, gümüşün qiyməti gələcəkdə daha da bahalaşacaq və bu metalı almaq çətinləşəcək. Onlar insanlara yatırım olaraq gümüş almağı tövsiyə edirlər. Hətta qiymətlərdə müşahidə olunan son artımlardan sonra məşhur "Pandora" markası məhsul istehsalında gümüşdən imtina etməsi də bu iddiaları gücləndirən amillər sırasında göstərilir.

Bəs, maraqlıdır, insanlar həqiqətəndə yatırım üçün gümüş almalıdırlar?

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, gümüş və digər qiymətli metallara yatırım imkanlarla yanaşı, ciddi risklər də daşıyır. Onun sözlərinə görə, son dövrlərdə gümüşün qiymətində artım müşahidə olunsa da, bu tendensiyanın uzunmüddətli olacağına zəmanət yoxdur.

Ekspert qeyd edib ki, gümüşün qiyməti bazar şərtləri, iqtisadi göstəricilər, valyuta dəyişiklikləri, eləcə də tələb və təklif balansından asılı olaraq dalğalanır:

"Gümüş fiziki metal olduğu üçün müəyyən qoruyucu xüsusiyyətə malikdir və inflyasiya qarşısında nisbətən müdafiə rolu oynaya bilər. Amma qiymətinin sürətlə yüksəldiyi kimi, eyni sürətlə düşmə riski də mövcuddur".

A.Nəsirli vurğulayıb ki, bəzi iri brendlərin, o cümlədən "Pandora" kimi şirkətlərin istehsal strategiyalarında dəyişiklik etməsi gümüş bazarında müəyyən siqnal kimi dəyərləndirilə bilər. Lakin bu amil təkbaşına investisiya qərarı vermək üçün əsas sayılmamalıdır.

Ekspert hesab edir ki, gümüşün qiymət artımının əsas səbəbi onun "təhlükəsiz liman" xüsusiyyəti deyil, sənaye sahələrində istifadəsinin genişlənməsidir:

"Hazırda gümüşə tələbat daha çox sənaye istifadə sahələrinin artması ilə bağlıdır. Qızıldan fərqli olaraq, gümüş "təhlükəsiz ada" rolunu bölüşə bilən qiymətli metal deyil. Bu baxımdan ikinci faktorun yəni qoruyucu funksiyanın rolu kifayət qədər zəifdir".

Ekspert əlavə edib ki, investisiya qərarı verməzdən əvvəl şəxsi maliyyə vəziyyəti, riskə davamlılıq və alternativ yatırım imkanları mütləq nəzərə alınmalıdır:

"Gümüş düzgün planlaşdırıldıqda investisiya portfelinin bir hissəsi ola bilər. Amma bütün vəsaitin yalnız gümüşə yönəldilməsi riskli yanaşmadır".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Fevral 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri