Icma.az
close
up
RU
Yatırım üçün əlverişli ölkə: Türkiyədən ev alan Azərbaycan vətəndaşlarının sayı artır

Yatırım üçün əlverişli ölkə: Türkiyədən ev alan Azərbaycan vətəndaşlarının sayı artır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak bazarına marağı artmaqda davam edir. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları bu ölkədə 203 mənzil alıblar. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20.1 faiz çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil almışdılar. Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında altıncı yerdə qərarlaşıblar. Bu ilin may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar.

Bəs vətəndaşlarımızı qardaş ölkənin əmlak bazarına çəkən nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yatırım üçün əlverişli ölkə

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədən qurtulub mənzil sahibi olmaq istəyirlər: "Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir".

E.Fərzəliyev bildirib ki, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq gösətrməsinin digər bir səbəbi də yatırım məqsədidir: "Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edirlər. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır".

"Alanya və Antalyadan alırlar"

Ekspert Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alarkən hansı ərazilərə üstünlük verildiyinə də toxunub: "İstanbulda əmlakların qiyməti xeyli yüksəkdir. Təkcə azərbaycanlılar deyil, digər ölkə vətəndaşları da Türkiyədən mənzil alarkən, əsasən turistik zonalara üstünlük verirlər. Alanya, Antalya kimi ərazilərdə tikintilər daha sürətlə gedir. Məsələn, Alanyaya ilin bütün fəsillərində xeyli turist axını olur. Həm yaşayış, həm də kirayə üçün əlverişli olan bu tip ərazilərə yatırımlar daha çox edilir".

Ekspertin sözlərinə görə, Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar.

"400 min dollar ödə, vətəndaş ol"

E.Fərzəliyevin sözlərinə görə, insanların Türkiyəyə axın etməsinin bir səbəbi də vətəndaşlıq hüququ əldə etmək planıdır: "Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollardan baha qiymətə olan əmlak almalısan. Bu rəqəm əvvəlki dövrlərdə 250 min dollar idi. Qiymətin yüksəldilməsinin də səbəbi insanların Türkiyəyə axın etməsidir. Dünyada baş verən bir sıra proseslər çərçivəsində Türkiyə vətəndaşı olmaq istəyən insanların sayı artdı. Qardaş ölkə də bu vəziyyətdən öz iqtisadiyyatına töhfə qazandırır. Daşınmaz əmlak yeganə sahədir ki, xarici ölkələrdən investisiya cəlbinə səbəb olur. Türkiyəyə böyük pullar qazandırır".

Qeyd edək ki, Türkiyədə mənzil qiymətləri 2025-ci ilin mart ayında 2024-cü ilin mart ayı ilə müqayisədə 32.3 faiz artıb. Şəhərlər üzrə satılan mənzil sayına görə İstanbul, Antalya, Mersin ilk üçlükdə qərarlaşıblar.

"Əmlak bazarı daha sadədir"

İqtisadçı Fuad İbrahimov isə düşünür ki, qardaş ölkədə əmlak sahibi olmaq daha rahat olduğundan insanlar oranı seçirlər: "Ola bilər ki, bu, dövrü xarakter daşıyır. Yaxud Türkiyədə əmlak qiymətlərində müəyyən kompaniyalar da ola bilər. Vətəndaşlarımız da müəyyən güzəştlərdən istifadə edərək mənzil sahibi olurlar. İnsanlarımız üçün Türkiyədə mənzil sahibi olmaq daha cazibədar gəlir. Deməli, vətəndaşlarımız orada daha rahat əmlak sahibi ola bilirlər. Əmlak bazarı daha sadədir.

"Bu da insanlarımızı oraya çəkib aparır".

İqtisadçının sözlərinə görə, bu axın Türkiyə iqtisadiyyatı üçün əlverişli olsa da, ölkəmiz üçün yaxşı hal deyil: "İstənilən halda, hər hansı vətəndaşımızın xarici ölkədən əmlak alması dövlətimizdən kapital axınına səbəb olur. Qardaş ölkə də olsa, istər-istəməz onların iqtisadiyyatına investisiya yatırmış oluruq. Təbii ki, bizim ölkəmiz insanlarımız üçün daha cazibədar, qiymətlər daha uyğun olsa, vətəndaşlarımız kapitalını öz ölkəmizə yatırmağı daha üstün tutar. Əgər bu vəziyyət kütləvi hal alarsa, bu, bizim ümumi iqtisadiyyatımız üçün mənfi təsir deməkdir. Çünki ölkədən kütləvi kapital axını makroiqtisadi səviyyəmizə təsir edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyul 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri