Icma.az
close
up
RU
“Yaxın biriki ildə “Qarabağ” dağılacaq və…” Şok proqnoz

“Yaxın biriki ildə “Qarabağ” dağılacaq və…” Şok proqnoz

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolu ictimaiyyətə məyusluq yaşatmaqda davam edir. Dünən Bakıda keçirilən qarşılaşmada “Qarabağ” Fransanın “Lion” komandasına məğlub oldu. Hər zaman futbolsevərlər “Qarabağ”ın qələbəsindən ilhamlanırdı. Millimizin ardından bu komandanın da məğlubiyyət sindromu yaşaması əsəbləri tarıma çəkib.

Azərbaycan futbolunda nə baş verir?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Qarabağ”ın məğlubiyyətində qeyri-adi nəsə axtarmağa dəyməz.

Onun fikrincə, Azərbaycan çempionatının təmsilçisinin Fransanın adlı-sanlı komandasına qalib gəlməsi anormallıq sayılardı:

““Qarabağ” uzun illər Avropa klublarına qalib gəlməklə bizi bu anormallığı normallıq kimi qavramağa vadar edib. Belə futbol təsərrüfatında, belə infrastrukturda, belə idarəçilərlə Azərbaycan klubu Avrokubokların qrup mərhələsində olmamalıdır. Lakin olub. Özü də 10 il sərasər. Anormallıqdır… Bu 10 ildə təkcə “Qarabağ” olub futbolda. Milyonlar xərclənib, mənimsənilib, amma bir çimdik iş görülməyib”.

Jurnalist deyib ki, “Lion”la oyunda səviyyə fərqi ortada idi:

“Bura Azərbaycan çempionatıdır. Bura o futbolçular gəlir ki, onlar Avropada heç kimə lazım deyilər. Bura yüksək səviyyəli futbolçu gəlməz. Yüksək səviyyəli futbolçu gəlib Tovuzda, Şamaxıda, Mərdəkanda, Bayılda keyfiyyətsiz süni örtüyün üzərində futbol oynamaz. Bu, onlar üçün təhqir sayılar. Və özümüz də bircə futbolçu yetişdirməmişik. “Qarabağ”ı yıxan futbolçu isə qonşumuzdur, gürcüdür. Gürcüstanda Futbol Federasiyasının hər qəsəbədə, kənddə akademiyası var. Gürcüstanda futbol idarəçiliyi peşəkarların əlindədir, diletantların, “istedadlı dələduzlar”ın yox.

Mikautadzenin səviyyəsi ortada idi. Onu heç vaxt Azərbaycana gətirə bilməzsiniz. Çünki səviyyə tam fərqlidir. Bəs hanı Azərbaycanın yetişdirdiyi Mikautadze? Hara xərcləyiblər bu qədər vəsaiti?

AFFA milyonları nəyə sərf edib? Futbolumuzun bəlaları bu sualların cavablarındadır. Amma araşdıran varmı? Yox. Ancaq hamı “Qarabağ”dan qələbə tələb edir. Nə ilə, hansı potensialla qazanılmalıdır bu qələbə? Bu çempionatla, bu infrastrukturla, bu idarəçilərlə?”

Natiq Muxtarlının sözlərinə görə, artıq futbol təsərrüfatındakı korrupsiya, xaos öz təsirini göstərir:

Natiq Muxtarlı

“Daha “Qarabağ”ı da saxlamaq mümkün olmayacaq. Biz bu gün “Qarabağ”dan “Lion”a qalib gəlməyi tələb edirik, amma gələn mövsüm bu komanda heç avrokubokların qrupunda da olmaya bilər, elə digər komandalarımız kimi ilk mərhələdə mübarizəni dayandırar. Bu, reallıqdır, amma kimsə görmək istəmir. Futbol təsərrüfatı dələduzlarla, korrupsionerlərlə doludur. Burada peşəkara yer yoxdur. Futbol təsərrüfatı çirkli pul yumaq üçün münbit məkandır dələduzlar üçün. Belə bir mühitdə tələb edirik ki, “Qarabağ” “Lion”a qalib gəlməlidir. Hesab edirik ki, “Qarabağ”ın “Lion”a məğlub olması fəlakətdir. Yox, bu hələ yaxşıdır, fəlakət irəlidədir. Bir-iki ildən sonra “Qarabağ” anormallığı” olmayacaq, hər şey normala düşəcək. “Qarabağ” da, dönüb olacaq “Neftçi”, “Sabah”, “Şamaxı”, “Səbail” və s.. Biz deyirik, yazırıq, problemi göstəririk, amma onlar da öz işlərindədir – futbol təsərrüfatını nəzarətə götürənlər də daha çox pul qazanmaq üçün çeşid-çeşid “ideyalar” fikirləşirlər”.

N.Muxtarlı bildirib ki, AFFA-nın yeni rəhbərliyi bahalı şirkət gətirib xaricdən:

“Guya futbolumuzun strategiyasını yazacaq. Bu strategiyanı yaza bilməyən adamın AFFA rəhbərliyində nə işi var? Niyə gəlib futbol təsərrüfatına? Axı gələndə proqramı, planı, strategiyası olmalı idi o adamın. İndi isə xaricdən bahalı şirkət gətirir. Cəfəngiyatdır. O şirkət vasitəsilə də pul siləcəklər. Belə məsələlərdə çox səlist işləyirlər. Biz isə “Qarabağ”ın “Lion”a məğlubiyyətini fəlakət sayırıq. Azərbaycan futbolunda “Qarabağ” olmamalıdır. Bu, anormallıqdır. Böyük ehtimalla, yaxın bir-iki ildə bu “Qarabağ” dağılacaq və hər şey normala dönəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri