Icma.az
close
up
RU
Статья не опубликована
Yaxın dövrdə Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı azdır Turab Rzayev

Yaxın dövrdə Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı azdır Turab Rzayev

Icma.az, Aznews.az saytına istinadən bildirir.

“Qərb Rusiya ilə hücuma hazırlaşır. Bunu NATO- nun baş katibi açıq şəkildə bəyan edib. O, Ukraynadan sonra Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyindən narahat olduğunu, buna qarşı tədbir görüləcəyini deyib. NATO-nun baş katibi çıxışında təkcə Rusiyanı yox, Çini də təhlükə olaraq göstərib. O, sözügedən qüvvələrin hücumlarına hazırlığın vacibliyini bildirib. Rusiya və NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı hələ də mübahisəlidir. Rusiya, NATO-nun şərqə doğru genişlənməsini öz təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir. Ukrayna müharibəsi isə bu gərginliyi daha da artırıb. Lakin, hər iki tərəf də birbaşa münaqişənin böyük risklər daşıdığını bilir. Rusiya və NATO arasında birbaşa müharibə, nüvə silahlarının mövcudluğu səbəbilə böyük miqyaslı faciəyə səbəb ola bilər”

“Hazırkı şəraitdə Rusiya ilə NATO arasında genişmiqyaslı müharibənin tezliklə baş verəcəyi inandırıcı görünmür. Bunun bir neçə əsas səbəbi var. Birincisi, Rusiya hələ də Ukrayna müharibəsində ciddi çətinliklərlə üzləşir. Ölkə böyük insan itkisi verib, hərbi və maliyyə resursları tükənmək üzrədir. Rusiya, hətta Ukrayna müharibəsini başa çatdırmaq üçün yetərli hərbi və maddi resurslara malik deyil, yeni bir müharibə başlatmaq isə daha da çətin görünür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi qeyd edib ki, Qərb Ukraynaya hərbi, maliyyə və logistik dəstək göstərsə də, bu, Rusiyanı məğlub etmək üçün kifayət etməyib.

“Könüllü dəstələr və silah yardımları ilə Ukraynaya dəstək verilsə də, Qərb açıq şəkildə müharibəyə qoşulmaqdan çəkinir. Əgər belə bir addım atılacaqdısa, Fransa Prezidenti Emmanuel Makronun təklif etdiyi kimi, Avropa ordusu Ukraynaya göndərilərdi. Lakin bu təklif NATO daxilində ciddi dəstək qazanmadı və reallaşmadı. Bununla yanaşı, NATO-nun siyasi ritorikasında Rusiya təhlükəsini qabartmaq və bu təhlükədən istifadə edərək üzv ölkələri daha çox hərbi xərclər ayırmağa təşviq etmək məqsədi var. Rusiyanın Ukraynaya hücumu Qərbə fürsət yaratdı ki, Rusiya təhlükəsini şişirdib NATO daxilində daha güclü birliyi təmin etsin. Uzun müddət hərbi xərclərini minimuma endirmiş Almaniya kimi ölkələr artıq müdafiə büdcələrini artırmağa məcbur olur. Bununla belə, Qərb ölkələri arasında vahid mövqe yoxdur. Hər bir dövlətin öz siyasi maraqları var və Rusiya ilə yanaşı, Çinlə də fərqli səviyyələrdə əməkdaşlıq edirlər. Çin həm iqtisadi tərəfdaş, həm də geosiyasi rəqib kimi dəyərləndirilir. Bu səbəbdən Qərb ölkələri bir tərəfdən Çinə qarşı sərt siyasət yürütmək istəyir, digər tərəfdən isə iqtisadi əlaqələri qorumağa çalışırlar. Eyni zamanda, əgər Rusiya Ukraynada qələbə qazansaydı, bu, Avropanın təhlükəsizliyi üçün daha ciddi təhdidlər yarada bilərdi. Ancaq hazırda müharibə üç ilə yaxındır davam edir və ciddi nəticələr əldə olunmayıb. Bu da göstərir ki, genişmiqyaslı müharibə ehtimalı aktual deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya və Qərb arasında nüvə silahlarının istifadəsi ilə bağlı narahatlıqlar var.

“Qərb müharibənin elə səviyyədə davam etməsinə çalışır ki, Rusiya taktiki nüvə silahına əl atmağa məcbur olmasın. Böyük Britaniya Ukraynaya ən açıq dəstək verən dövlətlərdən biridir və son olaraq Ukrayna ilə 100 illik müdafiə anlaşması imzalayıb. Bununla belə, Avropa İttifaqı daxilində fərqli yanaşmalar var və bəzi dövlətlər müharibənin daha da böyüməsini istəmir. ABŞ-da yaxın prezident seçkiləri də mühüm amildir. Donald Trampın mümkün qayıdışı və onun Avropa ölkələri ilə münasibətlərdə yaratdığı problemlər Qərbin Rusiya ilə bağlı vahid mövqeyində parçalanmalara səbəb ola bilər. Bütün bu faktorlar onu göstərir ki, yaxın dövrdə Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı azalır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Fevral 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri