Icma.az
close
up
RU
Yaxın Şərqdə atəşkəs: Ankara və Bakının rolu növbədə Ukraynadır

Yaxın Şərqdə atəşkəs: Ankara və Bakının rolu növbədə Ukraynadır

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Misirdə Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ, Türkiyə, Qətər və Misir liderlərinin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanması dünyada tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallıq həm qlobal, həm də regional miqyasda öz şərtlərini diktə edəcək və dövlətlər siyasətini bu çağırışlara uyğun şəkildə yenidən nəzərdən keçirməli olacaqlar.

Bunu siyasi ekspert Mürtəza Bünyadlı deyib. O, qeyd edib ki, yeni vəziyyət təkcə Yaxın Şərqin yenidən dizaynı və burada rol alacaq aktorlar baxımından deyil, ümumilikdə yeni dünya nizamının formalaşması kontekstində də mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə oxşar proseslərin dünyanın digər böhran ocaqlarında da təkrarlanması istisna deyil.

ABŞ-nin yeni planı: liderlik, amma məsuliyyəti bölüşdürmək

Onun sözlərinə görə, ilk növbədə Yaxın Şərq Sülh Sammitinə və onun nəticələrinə diqqət yetirək. Burada əsas sual ondan ibarətdir ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin təminində iştirakçı ölkələrin maraqları necə nəzərə alınacaq. Təbii ki, proseslər ABŞ-nin liderliyi ilə baş verəcək. Lakin sammit zamanı ABŞ Prezidenti Donald Trampın bəyanatlarından aydın olur ki, Vaşinqton bölgənin yenidən formalaşdırılmasında daha çox məsuliyyəti Ankaranın üzərinə qoymaq niyyətindədir.

Ağ Evin yeni dünya nizamında Avrasiya coğrafiyası üçün Türkiyə ilə bağlı ciddi planları var. Vaşinqton bundan sonrakı mərhələdə Avrasiya və Afrika regionlarında geosiyasi maraqlarının təminində Ankara ilə sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Trampın tez-tez Türkiyənin hərbi gücünə və regional təsirinə dair müsbət açıqlamaları da bunu təsdiqləyir.

ABŞ artıq Yaxın Şərqdə İsrail–İran böhranı, Suriya məsələsi, eləcə də Cənubi Qafqazda Ermənistan–Azərbaycan sülh prosesi kimi məsələlərdə Ankaranın rolundan faydalanıb. Növbəti mərhələdə isə Ağ Ev Mərkəzi Asiyada və Rusiya–Ukrayna münaqişəsində də Türkiyənin vasitəçi rolunu gücləndirmək niyyətindədir.

Azərbaycanın rolu: "Orta güc"ün təsdiqi

M.Bünyadlının sözlərinə görə, digər mühüm məqam isə Azərbaycanın Yaxın Şərqdə formalaşan bu yeni reallıqda iştirakıdır. Bakı artıq bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın qurulmasında aktiv rol almaqdadır. Azərbaycanın bütün Yaxın Şərq ölkələri ilə balanslı və yaxşı münasibətləri var ki, bu da onun xarici siyasətinin əsas üstünlüklərindən biridir.

Çoxvektorlu və uğurlu diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu artırıb və onu qlobal proseslərin fəal iştirakçısına çevirib. Azərbaycanın “orta güc” statusu artıq ABŞ və digər aparıcı dövlətlər tərəfindən tanınır. Bu isə o deməkdir ki, Bakı gələcəkdə təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və hətta Rusiya–Ukrayna münaqişəsi kimi məsələlərdə də mühüm oyunçuya çevrilə bilər.

Trampın növbəti hədəfi: Rusiya–Ukrayna müharibəsi

Siyasi ekspert onu da qeyd edib ki, Qəzzada atəşkəs razılaşmasının ardınca Tramp administrasiyasının növbəti strateji məqsədi Rusiya–Ukrayna müharibəsində atəşkəsin əldə olunmasıdır. Son aylarda Tramp Kiyevlə münasibətləri yaxınlaşdıraraq Kremlin üzərinə diplomatik təzyiqləri artırıb.

Siyasi təzyiqlərin nəticə vermədiyini görən Ağ Ev indi Rusiyaya qarşı daha sərt sanksiyalar, hərbi-psixoloji təzyiqlər və Ukraynaya “Tomahavk” uzaqmənzilli raketlərinin verilməsi variantını gündəmdə saxlayır. Tramp administrasiyası Kiyevlə sıx diplomatik əlaqələr qurub; oktyabrın 17-nə planlaşdırılan Tramp–Zelenski görüşündə əsas müzakirə mövzusu da məhz atəşkəsin əldə olunması və Ukraynaya hərbi dəstəyin artırılması olacaq.

Bu proseslərin fonunda ABŞ-nin məqsədi Kremli atəşkəsə vadar etməkdir. Tramp bunu Ankaranın vasitəçi rolundan da istifadə etməklə həyata keçirmək niyyətindədir. Prezident Tramp Misirdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında da bildirib:

“Rusiya Prezidenti Vladimir Putin Ərdoğana hörmət edir. O, mənim dostumdur və böhranın həllinə kömək edə bilər.”

Çin amili və növbəti mərhələ

M.Bünyadlı sonda qeyd edib ki, Vaşinqton bundan sonra Kremli təcrid etmək məqsədilə onun əsas müttəfiqlərindən biri olan Pekinlə də diplomatik oyun quracaq. Hazırda Rusiya üçün ən vacib siyasi və iqtisadi dayaqlardan biri Çindir. Qərb yaxşı anlayır ki, Pekini Moskvanın dəstəyindən uzaqlaşdırmadan Ukrayna müharibəsində dönüş əldə etmək çətindir.

Bu səbəbdən Ağ Ev və kollektiv Qərb Çinlə müəyyən anlaşmaya gedərək onu sülh prosesinə cəlb etməyə çalışa bilər. Əgər bu alınarsa, Pekin Kremlə təsir göstərərək atəşkəsə razı salmaqda konstruktiv rol oynaya bilər.

Beləliklə, Yaxın Şərqdə əldə olunan atəşkəs qlobal güc balansında yeni mərhələnin başlanğıcıdır. ABŞ liderliyində, Ankaranın fəal iştirakı və Bakının yüksələn rolu ilə formalaşan bu yeni geosiyasi nizam növbəti mərhələdə Ukrayna cəbhəsində də öz təsirini göstərə bilər.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri