Icma.az
close
up
RU
Bakının Yaxın Şərqdə misilsiz rolu İsrail nəşri

Bakının Yaxın Şərqdə misilsiz rolu İsrail nəşri

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

II Qarabağ müharibəsində Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqi kimi çıxış edib. Hər iki ölkə bizim üçün strateji önəm daşıyır. Təəssüf ki, bu ölkələr arasında münasibətlər son dərəcə gərgindir.

"Ölkə.az" xəbər verir ki, Qərb mediası Türkiyə-İsrail müharibəsinin mümkünlüyü barədə də dəfələrlə yazıb. Proseslərin müharibəyə doğru istiqamət alması Azərbaycanın dövlət maraqlarını təhlükə altına atır. Rəsmi Bakı bu təhlükənin reallığını nəzərə alaraq tərəflər arasında vasitəçi qismində çıxış edir. Bu barədə adı çəkilən ölkələr də daxil olmaqla dünya mətbuatında dəfələrlə yazılıb. Təqdim etdiyimiz bu yazı da o qəbildəndir.

“Haaretz Deyli” Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb. “As local powers tangle in Syria, Azerbaijan strives to prevent an Israel-Turkey clash” (Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır) adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək, Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu isə Azərbaycana vasitəçilik şansı verib.

Keçən ayın sonlarında Baş nazir Benyamin Netanyahu İsrailin Suriyanın yeni rejiminin qüvvələrinin Dəməşqin cənubundakı ərazilərə daxil olmasına icazə verməyəcəyini deməsi ilə gərginlik artdı. Bu, Suriyada ölümlə nəticələnən antiisrail nümayişlərinin alovlanmasına səbəb oldu.

Daha sonra Netanyahu və müdafiə naziri İsrail Katz tərəfindən Suriyanın yeni rejiminə qarşı fövqəladə təhdid gəldi. İsrail Suriyadakı druz azlığını müdafiə edəcəyini bildirdi. Hazırda İsrail Suriyanı zəiflətmək üçün Vaşinqtonda lobbiçilik edir. Türkiyənin Suriyadakı təsirinə qarşı çıxmaq üçün Rusiyanın yerli bazalarını orada saxlamağa çalışır.

Bundan başqa, İsrail Suriyadakı kürdlərə dəstək verməklə Türkiyənin təsirini azaltmağa cəhd edir.

Məqalənin müəllifi olan Liza Rozovski yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır.

Ruslar da Suriyada hərbi bazalarını saxlamaq şanslarının az olduğunu etiraf edirlər.

Azərbaycanın millət vəkili, İsrail-Azərbaycan Parlament Dostluq Qrupunun üzvü Rasim Musabəyov “Haaretz”ə deyib: “Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında anlaşılmazlığı azaltmağa çalışacağıq”.

Kürdləri dəstəkləməyə gəlincə, azərbaycanlıların tonu fərqlidir. Musabəyov separatçı PKK-ya istinad edərək bildirib: “Xatırlatmaq istərdim ki, o vaxtlar İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə kömək edib”. Öcalan 1999-cu ildə Keniyada ələ keçib, mühakimə olunub və ömürlük həbs cəzası çəkir.

1999-cu ildə ilk dəfə baş nazir olan Netanyahu Öcalanın həbsinə İsrailin kömək etdiyinə dair xəbərləri qəti şəkildə təkzib edib.

“İndi Türkiyəyə məlumdur ki, türk dövlətinə qarşı terror yolu ilə mübarizədə İsrail PKK-ya fəal şəkildə kömək edir. Bu, Türkiyənin qətiyyən bağışlamayacağı bir şeydir, - Musabəyov deyir: İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaqda və hərb meydanında üz-üzə gəlməkdən qaçmaqda maraqlıdırsa, Türkiyə və İranın maraqlarına zidd olacaq kürd dövlətinin yaradılmasını unutmalıdır. Amerikalılar bu təşəbbüsün arxasında dursalar belə, bu, baş verməyəcək. İran və Türkiyə kürd dövlətinin yaranmasının qarşısını alacaq”.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri və ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev son aylarda İsrailə iki dəfə səfər edib. Sonuncu dəfə cənab Hacıyev Netanyahu ilə görüşüb, bir neçə gün sonra isə Kiprin Larnaka şəhərinə gedib və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov qeyd edir ki, Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin sistemə salınmasını istəyir: “Müttəfiqimizlə ən yaxın tərəfdaşımız arasında düşmənçilik olması bizim marağımızda deyil”.

Fərhad Məmmədov da bildirir ki, Aralıq dənizinin şərqində öz varlığını saxlamaq üçün Moskva Ankara ilə danışıqlar aparmalıdır: ”Rusiyanın bölgədə başqa hərbi bazaları yoxdur. Ona görə də Rusiya Aralıq dənizində iştirak etmədən Şimali və Mərkəzi Afrikadakı aktivlərini saxlamaqda böyük çətinliklərlə üzləşəcək. Düşünürəm ki, Türkiyə vəziyyətdən istifadə edərək tədricən həmin aktivlərə nəzarəti ələ keçirəcək və Rusiyanı orada cilovlayacaq.

Rusiyanın Suriyadakı bazaları artıq baza deyil, demək olar ki, ruslar girov vəziyyətinə düşüblər. Rusiyaya qaçış yolu yoxdur. Əvvəllər ruslar Suriya və İraq üzərindən uça bilirdilər. ...İndi o yol bloklanıb və Türkiyə gəmilərin və döyüş təyyarələrinin keçməsinə icazə vermir. Rusiyanın heç bir variantı yoxdur. Suriyadakı hərbi bazada oturublar və oradan necə çıxacaqlarını bilmirlər”.

Maraqlıdır ki, ruslar azərbaycanlıların vəziyyəti dəyərləndirməsi ilə razılaşırlar...

Azərbaycanlılar o fikirdədir ki, İsrail Suriyada separatizmi və vətəndaş müharibəsini təşviq edir. Ancaq Türkiyənin Suriyaya nəzarəti birlik və sabitliyi qoruyub saxlayacaq. Bu isə son nəticədə İsrailin xeyrinə olacaq.

Lakin İsrail nə Türkiyəyə, nə də Suriyadakı yeni rejimə güvənir. İsrail deyir ki, Ankara Livanda Hizbullahı canlandırmaq üçün Tehranla əməkdaşlıq edir. Ötən həftə buna dair bəzi sübutlar oraya çıxıb: Türkiyədən Beyruta uçan bir sərnişindən 2,5 milyon dollar müsadirə olunub. Bu pul Hizbullah üçün Tehrandan göndərilib.

İsrail rəsmiləri Tayyib Ərdoğanın HƏMAS-a açıq dəstəyini də özləri üçün təhlükə hesab edirlər.

İsrailə bağlı bir mənbə Suriyanın yeni rejimi haqqında “Bunlar fanatik ideologiyaya malik cihadçılardır” deyir: “Onların hərəkətləri ifratdır, keçmişləri qara, indiləri ondan da qaradır. Görün onlar kürdlərə nə edirlər”. O, Suriyanın şimalında kürdlərlə Türkiyəyə bağlı qüvvələr arasında gedən döyüşlərə işarə edərək deyir. “İndi deyirlər ki, cihadçılar kostyum geyiniblər. Ancaq sadəlövh olmağın da öz sərhədi var”.

Lakin Təl-Əvivdəki (Qüds) Şalem Kollecində Türkiyə üzrə ekspert olan Tsameret Levy-Daphny deyir ki, “İsrailin Türkiyə anlayışı qüsurludur. Suriyaya münasibətdə isə İsrail isteriya və panika içindədir”.

O, Türkiyənin imperialist meyilləri barədə söhbətin şişirdildiyini deyir. Türkiyə ardıcıl şəkildə mövqeyini ortaya qoyub: Fələstin dövlətinin yaradılması ilə yanaşı, İsraili də dövlət kimi tanıyır (Elə Azərbaycan da bu mövqedədir).(axar.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Mart 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri