Icma.az
close
up
RU
Ankara istəyinə nail oldu: Yaxın Şərqdə Türkiyə ruzigarı…

Ankara istəyinə nail oldu: Yaxın Şərqdə Türkiyə ruzigarı…

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq 61 illik Əsəd rejimi sona çatdı. Rəsmi mənbələr Bəşər Əsəd rejimin süquta uğradığını bu gün açıq şəkildə bəyan etdilər. Bəşər Əsəd hakimiyyətini qorumaq üçün çox çalışsa da, bu istəyinə nail ola bilmədi. Bəşər Əsəd rəsmi Ankaranın ona uzatdığı əli sıxmaq istəmədi və hakimiyyətini itirməyə məcbur oldu. Bu Bəşər Əsədin buraxdığı ilk səhv deyildi. Hələ bir neçə gün öncə Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi  rəsmi Ankara ilə əlaqə qurmaq üçün çabalayırdı. Lakin rəsmi Ankara Əsəd rejimin bu səmimiyyətini qəbul etmədi. Çünki illərdir ki, rəsmi Ankara Əsəd rejimi ilə təmaslar qurmağa çalışsa da, rəsmi Dəməşq bu uzanan əli sıxmaqdan imtina edirdi.  Türkiyənin planı isə başqa idi. Rəsmi Ankara  həm PKK/PYD terror təşkilatını birdəfəlik bitirmək, həm də qaçqın problemini yoluna qoymaq üçün öz kartlarını işə salmağa başladı.  Ankara Yaxın Şərqi, o cümlədən də, Suriyada geopolitik maraqları öz xeyrinə dəyişməyi bacardı.
Bu türk diplomatiyasının ən ugurlu gedişlərindən biri idi.
İndi Ankara  Yaxın Şərqin əsas oyunçularından birinə çevrilib. Bir sözlə Türkiyə artıq Yaxın Şərqdə əsas geopolitik iradə mərkəzlərindən biri olduğunu dərhal hər kəsə qəbul etdirməyə nail oldu. Və bütün bunlar indi Türkiyənin öz maraqlarını ön planda tutmasını təmin edir.
ABŞ-da keçirilən prezident seçkilərini Türkiyənin şansı da saymaq olar. Ankara ABŞ-da seçkilərin bitməsindən dərhal sonra öz planlarını reallaşdırmağa başladı. Donald Trampın ABŞ prezidenti seçilməsi və Trampın Suriyadakı vəziyyətlə bağlı “bu bizim savaşımız deyil, ABŞ buna qarışmamalıdır” açıqlaması əslində Türkiyənin əl-qolunu açmış oldu. Qısa zamanda Türkiyə Suriyada müəyyən gedişlər edərək faktiki olar həm PKK/PYD-nı, həm də 61 illik Əsəd rejimini məhv etməyi bacardı.
Məsələ ondadır ki,  Ağ Evdə onu da anlayırlar ki, Türkiyənin geopolitik maraqları nəzərə alınmadan Yaxın Şərqdə yeni düzənin yaradılması İsrailin təhlükəsizliyinə tam təminat vermək qətiyyən mümkün olmayacaq. Və bu səbəbdən də, rəsmi Ankaraya Yaxın Şərqdə tam fəaliyyət sərbəstliyi tanımaq məcburiyyətində qaldılar. Bu Ankaranın öz planlarını reallaşdırmağa imkan verdi.
Rusiya və İranın bu oyundan ustalıqla kənarlaşdrılması nəticəsində, faktiki olaraq Bəşər Əsəd dəstəksiz qaldı. Bir sözlə Türkiyə Yaxın Şərqdən İran və Rusiyanı ustalıqla uzaqlaşdırmağı bacardı.
İndi Suriyada qalan kiçik bir PKK/PYD qruplarını sıradan çıəxarmaq qalır. Artıq Qərb dövlətləri də anlayır ki, onlar Yaxın Şəqdə Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər. Hadisələrin  gedişi onu göstərir ki, Ankara tezliklə çoxsaylı suriyalı qaçqınları öz evlərinə geri qaytaracaq. Faktiki olaraq Ankara qaçqın məsələsini 2025-ci ilin ilk 6 ayında həll etmək niyyətini gizlətmir. (Ulusal.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri