Icma.az
close
up
RU
Yaxın Şərqdə “şiddət” qlobal iqtisadiyyatı “tormoz”layır

Yaxın Şərqdə “şiddət” qlobal iqtisadiyyatı “tormoz”layır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Blokadaya qarşı blokada “bağlı kilidi” açacaqmı?

Ötən həftəsonu dünya ictimaiyyətinin diqqəti İslamabad şəhərinə yönəlmişdi. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran rəsmiləri arasında keçirilən görüşdə razılaşma əldə olunacağı təqdirdə, qlobal iqtisadiyyatın yenidən sabit axarına qayıda bilərdi. Xüsusilə, Vaşinqton və Tehranın uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı məsələlərdə ortaq məxrəcə gəlməsi halında digər fikir ayrılıqlarının ikinci plana keçəcəyi ehtimal olunurdu. Lakin 14 günlük atəşkəs fonunda aparılan danışıqların ilk raundu nəticəsiz başa çatdı.

Belə ki, ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey. Di. Vens bəyan etdi ki, İran nüvə silahı əldə etmək imkanından imtina etməyib. İran tərəfi isə əksinə, Vaşinqtonun etimad yaratmaq üçün daha ciddi addımlar atmalı olduğunu vurğulayıb. Eyni zamanda, Pakistan rəsmiləri gərginliyin yenidən artmaması üçün tərəfləri təmkinli olmağa çağıraraq yeni danışıqlar mərhələsinin təşkilinə çalışacaqlarını bildirdilər. Xarici işlər naziri İshaq Dar isə atəşkəs öhdəliklərinə riayət olunmasının vacibliyini xüsusi qeyd etdi.

Digər tərəfdən, nüfuzlu “The Guardian” nəşri pakistanlı mənbələrə istinadən yazır ki, 21 saat davam edən danışıqlar gərgin və dəyişkən atmosferdə keçib, tərəflər arasında emosional dalğalanmalar müşahidə olunub. Nəticədə, görüş bazar günü səhər saatlarında uğursuz başa çatdıqdan sonra tərəflər yenidən sərt ritorikaya qayıdıblar. Məhz bundan sonra vəziyyət daha da kəskinləşib. ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazına nəzarəti ələ keçirmək məqsədilə bu su yolunun blokadaya alınacağını bəyan edib. Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri münaqişə başlayandan sonra İrana ödəniş etmiş bütün gəmiləri müəyyən edərək saxlayacaq, eyni zamanda, Tehran tərəfindən “təhlükəli zona” elan edilən ərazilərdə mina təmizləmə əməliyyatları aparacaq. Bununla belə, boğazda yerləşdirilən minaların sayı barədə dəqiq məlumat yoxdur.

Çin Hörmüz boğazının blokadaya alınmasının beynəlxalq ictimaiyyətin maraqlarına zidd olduğunu bəyan edərək bütün tərəfləri təmkinli davranmağa çağırıb. Rəsmi Pekin hesab edir ki, belə bir addım qlobal enerji təhlükəsizliyinə ciddi risklər yarada bilər. Qeyd edək ki, müharibədən əvvəl İran neft ixracının böyük hissəsi dünyanın ən iri xam neft idxalçısı olan Çinə yönəlirdi ki, bu da Pekinin mövqeyini daha həssas edir. Bu kontekstdə, Çinin xarici işlər naziri Vang Yi Pekində BƏƏ Prezidentinin Çin üzrə xüsusi elçisi Xaldun Xəlifə əl-Mübarəklə görüşü zamanı bildirib ki, Hörmüz boğazı üzərində hər hansı blokada təşəbbüsü ümumi beynəlxalq maraqlara xidmət etmir. Onun sözlərinə görə, Çin Körfəz Ərəb dövlətlərinin təhlükəsizlik narahatlıqlarını anlayır və böhranın həlli yalnız siyasi-diplomatik vasitələrlə, davamlı və hərtərəfli atəşkəs əsasında mümkündür.

Bu arada mövcud gərginliyin iqtisadi təsirləri də özünü açıq şəkildə göstərir. Məlumata görə, ABŞ və İsrailin İrana qarşı hava zərbələrindən sonra təxminən 100 tanker Hörmüz boğazından keçərək hər dəfə 2 milyon dollara qədər ödəniş edib. Bu gəmilərin əksəriyyəti İran neft məhsullarını Çin və Hindistana daşıyırdı ki, onların qarşısının alınması ABŞ-ın bu ölkələrlə münasibətlərinə əlavə təzyiq yarada bilər.

Eyni kontekstdə, ABŞ prezidentinin blokada qərarı enerji bazarlarında qiymət artımına səbəb olub. Aprelin 13-nə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 6,54 dollar artaraq 101,74 dollara, Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neft 7,44 dollar bahalaşaraq 104,01 dollara çatıb. “Financial Times”a danışan “Energy Aspects” şirkətinin analitiki Amrita Sen bildirib ki, real blokada baş verməsə belə, bazarda gündəlik neft çatışmazlığı 10 milyon bareldən 11,7 milyon barelə yüksələ və qiymətlər 110 dolları keçə bilər.

Digər tərəfdən, yaranmış vəziyyət ən çox Asiya bazarına təsir göstərir. Əvvəllər sanksiyalar səbəbindən Yaxın Şərqə yönələn Hindistan, hazırda həm müharibə, həm də boğazdakı məhdudiyyətlər səbəbindən çətinliklərlə üzləşib. Xarici nəşrlər yazır ki, ölkənin iri neftayırma zavodları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları müvəqqəti yumşaldacağına ümid edir. 2026-cı ilin əvvəlindən Hindistanın Rusiyadan gündəlik neft idxalı 1,98 milyon barel təşkil edib.

Körfəzdəki müharibə fonunda yaranan qıtlıq səbəbindən sutkada emal gücü 400 min barel olan “Nayara energy” zavodu fəaliyyətini dayandırıb. İslamabadda başlayan danışıqlar zavodun yenidən işə düşəcəyi ilə bağlı ümid yaratsa da, nəticəsiz yekun bu prosesi də qeyri-müəyyən vəziyyətdə saxlayıb. Qeyd edək ki, aprelin əvvəlindən bu günə qədər Hindistan Rusiyadan ümumilikdə 60 milyon barel neft idxal edib.

Nəhayət, məsələnin başqa bir mühüm aspekti İranın boğazdan keçən gəmilər üçün rüsum tətbiq etmək planları ilə bağlıdır. ABŞ və Avropa mediası bu təşəbbüsün əlavə risklər yaratdığını bildirir. Ekspertlərin fikrincə, belə bir addım neftin qiymətini daha da artıracaq, çünki əlavə xərclər birbaşa bazar qiymətlərinə yansıyacaq. Üstəlik, hərbi gərginlikdən əvvəl bu marşrutdan ildə 20 mindən çox gəmi istifadə edirdi.

Bu kontekstdə, “Frontier Investments” şirkətinin rəhbəri Lui LaValle hesab edir ki, rüsum mexanizmi praktik baxımdan mümkündür. Onun hesablamasına görə, 2,2 milyon barel neft daşıyan tankerdən hər barelə 1 dollar tutulması 2,2 milyon dollar gəlir deməkdir. Neftin bir barelinin 90 dollar olduğu halda, ümumi yükün dəyəri 198 milyon dollar təşkil edir və bu fonda belə rüsumun ödənilməsi real görünür.

Bu yanaşma ilə İranın illik əlavə gəlirinin 7 milyard dollara çata biləcəyi bildirilir. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Borucərdi isə bununla bağlı qanun layihəsinin hazırlandığını və yaxın vaxtlarda müzakirəyə çıxarılacağını açıqlayıb. Bununla yanaşı, Tehran keçid rüsumlarının ABŞ dolları əvəzinə Çin yuanı ilə ödənilməsini tələb edir.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri