Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni münaqişə ALOVLANIR Hədəfdə İran yox, bu ölkələr var ADLAR

Yaxın Şərqdə yeni münaqişə ALOVLANIR Hədəfdə İran yox, bu ölkələr var ADLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın İrana hücum ritorikası günbəgün güclənir. Üstəlik ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu daha da artırır.
“The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən xəbər verir ki,  regiona USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu göndərilib, həmçinin F-35 və F-15E qırıcıları potensial döyüş zonasına daha yaxın mövqelərə yerləşdirilir. Bununla belə, Vaşinqtonda İrana qarşı güc tətbiqi ilə bağlı hələ yekun qərarın verilmədiyi bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:
İran şərt qoydu: ABŞ geri çəkilsə...


Ərəb ölkələrində HHM sistemləri niyə quraşdırılır?
ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatın olub-olmayacağı və hansı formada aparılacağı barədə hələ ki, qərar verməyib. Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ-ın İrana aviazərbələri qaçılmaz sayılmır. Pentaqon isə İranın mümkün cavab hücumu və uzunmüddətli münaqişə ehtimalı fonunda İsrailin, ərəb müttəfiqlərinin və ABŞ qüvvələrinin müdafiəsini gücləndirməyə üstünlük verir.
Qəribədir ki, ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ-ın məhdud miqyaslı aviazərbələrinə rəsmi Tehran simmetrik cavab verə bilər. Bu cavabı zərərsizləşdirmək üçün Ağ Ev raket əleyhinə müdafiəni gücləndirir. Bu məqsədlə ABŞ İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalarda əlavə THAAD batareyası və Patriot HHM kompleksləri yerləşdirir.
Nəzərə alaq ki, regionda artıq ballistik raketləri və pilotsuz uçuş aparatlarını ələ keçirmə imkanına malik ABŞ esminesləri mövcuddur.
Gəmilərin bir hissəsi Hörmüz boğazı, Ərəb dənizi, Qırmızı dəniz və Aralıq dənizinin şərqi hissəsində patrul xidməti aparır.
Bununla paralel Tramp köməkçilərindən uzunmüddətli müharibəyə çevrilməyəcək hərbi əməliyyat variantları təqdim etməyi istəyib. Müzakirə olunan ssenarilər arasında İranın nüvə proqramı obyektlərinə zərbələr, ballistik raket arsenalının məhv edilməsi, hakimiyyətin devrilməsinə yönəlmiş əməliyyatlar və ya bu variantların kombinasiyası yer alır.
Bütün bu deyilənlər belə bir fon yaradır ki, ABŞ  yaxın zamanlarda və hətta yaxın günlərdə İrana hücum edəcək.
Bu iddialar o qədər də inandırıcı görünmür...
Çünki ABŞ-İsrail-İran triosu bir-birləri ilə deyil, regiondakı bəzi dövlətləri müharibəyə təşviq edir. Bu məsələdə hədəf isə varlı Ərəb dövlətləridir.
Təsadüfi deyil ki, Pentaqon yuxarıda qeyd etdiyimiz kimi 6 ərəb ölkəsində HHM kompleksləri yerləşdirir.
Ehtimal ki, yaxın zamanda bu ölkələrdən birindən İrana hansısa raket atılsın. Təbii ki, belə vəziyyətdə İran Amerikaya yox, raket atılan ölkəyə cavab verəcək. Nəticədə hansısa ərəb dövləti İranın hücum obyektinə çevriləcək. Beləliklə, regionda yeni münaqişə ocağı yaradılacaq.
Yeni müharibə ABŞ-a nə üçün lazımdır?
Yaxın Şərqdə yeni müharibə ABŞ-a bir sıra səbəblərdən lazımdır. Əsas səbəb odur ki, Tramp dünyanın karbohidrogen ehtiyatla zəngin olan bütün bölgələri birbaşa nəzarəti altına almaq istəyir. Venesuelanı öz idarəçiliyinə qatan Trampın növbəti hədəfi Qrenlandiya və Ərəb dövlətləridir.
Maraqlıdır ki, bu iki hədəfin hər birinə fərqli yanaşma var. Vaşinqton Qrenlandiyanı dinc yolla ələ keçirmək istəyir. Bunun üçün Federal hökumət Qrenlandiyada yaşayan 57 min sakinin hər birinə pul mükafatı verməyə belə hazırdır.
Amma müsəlman dünyasına yanaşma fərlidir...
Burada daha çox qan tökülməsi, insan qırğını ön plandadır. Çünki Ağ Evdəkilər Qrenlandiya sakinlərindən fərqli olaraq müsəlmanlara ikinci və bəlkə də “üçüncü növ insan” kimi baxırlar. Ona görə də müsəlmanların qırılması Tramp üçün o qədər də narahatedici deyil. Həm də bu Vatikanın gizli ideylarına xidmətdir.
Yada salaq ki, Suriya və İraqın karbohidrogen ehtiyatları ABŞ-ın nəzarətindədir. Bu nəzarəti ələ almaq üçün milyonlarla ərəb qırğına verildi. Qırğını Amerika əsgərləri yox, ərəblər özləri törətdi. Təbii ki, ABŞ-ın hərbi və siyasi yardımı ilə...
İndi də Ərəb dövlətləri arasında yeni qurban axtarılır. Bu ölkələr arasında İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətər var. Məlumdur ki, bu ölkələr neft-qazla zəngin olmaqla, həm də böyük maliyyə imkanlarına malikdir.
Tramp bu ölkələrdən hər hansı birini yeni müharibənin ağuşuna atsa, yaxın gələcəkdə həmin dövlətin bütün sərvətinə sahib çıxacaq.
Bu ideyanı reallaşdırmaqda isə ABŞ-a İran və İsrail yaxından köməklik edəcək.
 

Son müharibə ritorikaları da bu ideyaya xidmət edir. Ötən ilin yayında bir daha sübut olundu ki, ABŞ İranda nə rejimin dəyişdirilməsini, nə də nüvə proqramına əngəl olmaq istəyir. Sadəcə belə bir görüntü yaradılır ki, ABŞ İranın nüvə proqramının gələcəyindən narahatdır. Bu narahatlıqsa guya ki, insanlıq naminədir.


Amma baş verənləri sağlam düşüncə ilə təhlil edəndə anlamaq olur ki, pərdəarxasında İran və İsrail birbaşa eyni məqsədə xidmət edir. Amerikanın böyük məqsədləri üçün hər iki dövlət zaman-zaman öz xalqlarının qırğınına belə razı olurlar. Təki ABŞ-ın regionda maraqları zərər görməsin.
Ona görə də Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanması ehtimalı böyükdür. Bu münaqişə ABŞ-a həm də ona görə lazımdır ki, Tramp Adminstrasiyasının Latın Amerikasında və Qrenlandiyada atacağı addımlar kölgədə qalsın. Təbii ki, Ukraynadakı müharibənin unutdurulması da bu hədəflərin içindədir.
Ona görə də Yaxın Şərq yeni müharibəyə sürüklənir. Müharibənin başlanma tarixi isə heç də uzaq deyil.
Surxay Atakişiyev, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri