Icma.az
close
up
RU
Yaxın Şərqdəki hərbi siyasi böhran hələ uzun müddət davam edəcək AÇIQLAMA

Yaxın Şərqdəki hərbi siyasi böhran hələ uzun müddət davam edəcək AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xarici medianın məlumatına görə, İran rəhbərliyi ABŞ ilə danışıqlar aparmağa ümid etmir və mümkün yeni qarşıdurmaya hazırlaşır. 

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ və İran arasında razılaşmanın mümkün olmayacağı əvvəldən bəlli idi.

Onun sözlərinə görə, hər iki tərəf atəşkəsə ehtiyac duyduqlarına, müəyyən tükənmə prosesi artıq başladığına görə müvəqqəti olaraq atəşkəs barədə memorandum imzaladılar:

"İndi də son məlumatlar odur ki, həmin memorandumu daha iki ay müddətinə uzatmaq niyyətindədirlər. Ancaq əvvəldən bəllidir ki, bu atəşkəsin uzadılması da müvəqqəti xarakter daşıyır. Çünki hər iki tərəfin qarşıya qoyduğu məqsədlər reallaşmayıb.

ABŞ İranın nüvə proqramının ləğvini tələb edir, eyni zamanda raket arsenalının azaldılmasını və raket texnologiyasının da ləğvini istəyir. Buna paralel olaraq son vaxtlar müşahidə olunur ki, ABŞ bütün ağırlıq mərkəzini, yəni hərbi-siyasi qarşıdurmanın ağırlıq mərkəzini Hörmüz boğazına keçirib və çalışır ki, bu, Hörmüz boğazı ABŞ-nin nəzarətində olsun. Trampın son açıqlaması da bu baxımdan olduqca müəmmalı və qəribə xarakter daşıyır. Çünki Prezident Tramp bəyan elədi ki, tezliklə Hörmüz boğazını ABŞ-nin ərazisi elan edəcək və bu da beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən məqamdır. Hörmüz boğazına nəzarət nə ABŞ-nin, nə də İranın səlahiyyət çərçivəsinə daxil deyil".

Siyasi şərhçi vurğuladı ki, Yaxın Şərqdəki hərbi-siyasi böhran hələ uzun müddət davam edəcək:

"Atəşkəs elan olunsa belə, bu qarşıdurma təkrarlanacaq. Silahlı toqquşmaların baş verəcəyi qətiyyən istisna deyil. Böyük ehtimalla, vaxtaşırı hər iki tərəf bir-birinə hərbi zərbələr endirməyə çalışacaqlar. Yəni iki tərəfdən biri öz hədəfinə çatmayana qədər və yaxud da iki tərəfdən biri məğlub olmayana qədər Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın davam edəcəyi qətiyyən istisna deyil".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Avqust 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri