“Yaxın Şərqdəki vəziyyəti hərbi yolla həll etmək olmaz” Əraqçi
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
“İran və Rusiya Yaxın Şərqdəki mövcud böhranı hərbi vasitələrlə tənzimləməyin qeyri-mümkün olduğu qənaətindədirlər”.
“Bakupost” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqların yekunlarına dair bəyanatında bildirib.
İranlı diplomat problemin siyasi yolla həllinin vacibliyini vurğulayıb:
“Rusiya və bir çox başqa ölkələrlə ortaq mövqeyimiz ondan ibarətdir ki, regiondakı vəziyyəti hərbi metodlarla nizama salmaq mümkün deyil”.
O, münaqişənin həlli üçün diplomatik və siyasi yollara üstünlük verilməsinin mütləq olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, oktyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın Yaxın Şərqdəki vəziyyətin tənzimlənməsində Tehrana kömək etmək üçün hər şeyə hazır olduğunu bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Oktyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















