Icma.az
close
up
RU
Yaxın Şərqdən Cənubi Qafqaza: 2025ci ildə yeni eskalasiya riski

Yaxın Şərqdən Cənubi Qafqaza: 2025ci ildə yeni eskalasiya riski

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son illər dünyada geopolitik mənzərə ciddi şəkildə dəyişməkdədir. Xüsusilə də Yaxın və  Orta Şərqdə -  Suriyada rejimin dəyişməsi ilə qüvvələr balansında dəyişikliklər ortaya çıxdı”

Bunu Moderator.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq vurğulayıb ki, uzun müddətdən bəri Suriyada ciddi təsir imkanlarına malik olan Rusiya və İran Əsəd rejiminin devrilməsiylə  öz güclərini xeyli dərəcədə itirdilər və zəiflədilər:

" Qardaş Türkiyənin isə  Orta Şərqdəki gücü daha da  artdı. Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Eyni zamanda  iki ölkə arasında  “Şuşa bəyannaməsi” ilə möhürlənən bir münasibətlər var. Təbii ki, İran və Rusiya Yaxın və Orta Şərqdə itirdikləri mövqelərini Güney Qafqazda da itirmək niyyətində deyillər. Əksinə, Güney Qafqazda  onun əvəzini çıxmağa çalışırlar və bununla bağlı Azərbaycana  müxtəlif siyasi təzyiqlər edirlər. Xüsusilə Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması, İran tərəfdən son dövrlər səslənən bir çox bəyanatlarını nəzərə alsaq, bu o deməkdir ki, hər iki tərəf Azərbaycana bu və digər formada təsir etməyə çalışacaqlar. Təbii ki, Rusiya və İranın Azərbaycana siyasi təzyiqi Ermənistanı yeni revanşizimə  həvəsləndirə bilər. Və nəzərə alsaq ki, Ermənistan son illər ciddi şəkildə sürətli silahlanmaya davam etməkdədir. Yalnız İran və Rusiya deyil, eyni zamanda Fransa da Ermənistanı  revanşa həvəsləndirir və sürətlə silahlandırmağa davam edirlər. Təbii ki, bunun fonunda  bölgədə gərginlik artacaq və  2025-ci  ildə hansısa bir eskalasiyanın olacağı mümkündür. Azərbaycan Prezidentinin  çıxışından da  aydın oldu ki, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına və Azərbaycanın təhlükəsizliyinə təhdid mənasını yaratmasına dözmək niyyətində deyil. Hələ də Üçtərəfli bəyanatın doqquzuncu maddəsinə uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılmasını  yubandırır ki, Azərbaycan buna da artıq dözmək fikrində deyil. Bütün Ermənistanın davranışları, sürətlə silahlanması, öhdəliklərdən yayınması, sülh müqaviləsini imzalamaq istəməməsi, regionda gərginliyə səbəb olacaq”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri