Icma.az
close
up
RU
Yaxın Şərqdən Çıxan Güclərin Yeni Hədəfi: Cənubi Qafqaz

Yaxın Şərqdən Çıxan Güclərin Yeni Hədəfi: Cənubi Qafqaz

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Dünyanın geosiyasi xəritəsi sürətlə dəyişir. Regional və qlobal güclərin yeni ittifaqlar qurmaq səyləri beynəlxalq münasibətlərdə yeni mərhələni işarələyir. İran və Rusiya arasında sabah imzalanması gözlənilən Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi, iki ölkənin qlobal güc mərkəzlərinə qarşı birgə mövqe nümayiş etdirmək niyyətinin göstəricisidir. Eyni zamanda, ABŞ-ın Ermənistanla Strateji Tərəfdaşlıq Xartiyası imzalaması və bölgəyə sərhəd mühafizə qrupu göndərməsi, Cənubi Qafqazın qlobal rəqabətin önəmli bir sahəsinə çevrildiyini göstərir. Yaxın Şərqdən sonra diqqətin Cənubi Qafqaza yönəlməsi təsadüf deyil. Baş verənlər bölgənin gələcək taleyinə dair ciddi suallar yaradır. Bu proseslərin fonunda Cənubi Qafqaz yeni "böyük oyun"un mərkəzinə çevriləcəkmi?

Moderator.az-a danışan politoloq Mehman İsmayılov deyib ki,  Rusiya ilə İranı bu gün yaxınlaşdıran iki səbəb var: birinci, ümumi düşmən, ikinci düşdükləri faciə. Sovet İttifaqı dağılandan sonra Rusiya NATO- ya üzv olmağa baş vurdu. Çünki Rusiya anlayırdı ki, Sovet İttifaqı çökdürən Qərb, xüsusilə Birləşmiş Ştatlar, Rusiya Federasiyasının çökdürülməsi üçün addımlar ata bilər:

“Çünki Rusiyanın hakimiyyəti hər zaman demokratikləşmə proseslərindən dəhşətli dərəcədə çəkinirlər. Rusiya əslində federalizm prinsipinə söykənməyən, getdikcə unitarlaşan bir dövlətdir və federalizm prinsipləri tətbiq edilsə və ya demokratik təsisatların qurulmasına baş vurulsa, Rusiya içindən sökülməyə başlayır. O səbəbdən də 1991-ci  ildən sonra Rusiya bir koalisiya yaratmaq fikrini reallaşdırmaq istədi və bunu gizlətmədi. Uzun müddət Rusiyanın rəhbərliyi istədi ki, Rusiya, İran, Çin birliyi yaratsınlar. Əlbəttə ki, Çin bu avantüralara gedəcək, dövlət deyil. Çin çox müdrik siyasət aparır və Qərblə qarşıdurmaya getməyəcəyi hər kəsə məlumdur. Çinin ən nəhəng ticarət dövriyyəsi Avropa İttifaqı və Birləşmiş Ştatlarladır. Hətta Putin hakimiyyətə gələndən sonra da Rusiya tərəfi təkrar NATO- ya üzvlük üçün müraciət etdi. Lakin  bu dəfə də  rəsmi Moskva NATO tərəfindən rədd edildi. Təbii ki, NATO Rusiyaya tərəfdaş kimi deyil, rəqib kimi baxır. Rusiya 1994-cü ildə, Budapeşt Memorandumu çərçivəsində Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Federativ Almaniya ilə birgə Ukraynanın nüvə silahından imtina etməsi əvəzində onun təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə zəmanət verməyi öhdəsinə götürmüşdü. Lakin həmin zamin ölkələrdən biri olan Rusiya, elə həmin ildən etibarən Ukraynanın ərazi bütövlüyünü mübahisələndirməyə başladı. Xüsusilə, Krımı və Sevastopolu Rusiyaya qaytarmaq məqsədilə ən kəskin siyasi-diplomatik addımlar atıldı və bu yanaşma zamanla daha da sərtləşdi. Ukrayna ilə Rusiya arasında davam edən gərginlik 2022-ci ilin fevral ayında böyük qarşıdurmaya çevrildi. Ukraynaya hücum etməmişdən öncə Rusiya birinci bir sınaq addımı atdı və 2008-ci  ildə Gürcüstanın ərazisini işğal etdi. Qərb anlayırdı ki, Gürcüstana görə bütün Avropanı NATO- nun anti rus müstəvisində toplaya bilməyəcəklər. Ona görə də Rusiyaya yüngül sanksiyalar tətbiq etdilər. Bundan çox ruhlanan Rusiya 2014-cü  ildə Gürcüstan hadisələrindən cəmi altı ay sonra  Krımə işğal etdi. Krım yarımadasının işğalı, eləcə də Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən zəbt edilməsi dünya tərəfindən yetərli reaksiya ilə qarşılanmadı”.

Politoloq xatırladıb ki, 2024-cü ilin fevralında  Rusiyanın Ukrayna ərazisinə qoşun yeritməsi və müharibəyə başlaması dünyanın yenidən şəkillənməsinə gətirib çıxardı:

 “Dünya Ukraynanın Rusiya tərəfindən işğalına imkan vermir. Çünki bu, dünyanın dəhşətli faciəsinə səbəb olar. Əgər Rusiya Ukraynada qələbə çalsa, bu postsovet məkanı və Avropa üçün çox böyük təhlükələrin qapısını açar. Ona görə də Rusiya yanlış addım atdı və bu gün Ukraynanın bataqlığında üzücü müharibə ilə boğurlar. Rusiyaya qarşı 55 dövlətin koalisiyası yarandı, NATO daha da  genişləndi. Birləşmiş Ştatlar və  Böyük Britaniya yeni xartiya imzaladı. Beynəlxalq koalisiyanın yaradılması, Ukraynanın həm xalqının, həm ordusunun, həm bütün hərbi sənaye kompleksinin hərbi məcraya yönəldilməsi Rusiyanı çətin duruma salıb. Rusiya Ukraynanın bəzi ərazilərini  işğal etmiş olsa belə, bu qələbə deyil. Rusiya nə irəli gedə bilmir, nə geri qayıda bilmir. Çünki bütün dünya anladı ki, Rusiya Ukraynanı tamamilə işğal etmək istəyir. Rusiyaya Xerson, Krım, Donetsk, Luqansk gərək deyil, bütün Ukrayna gərəkdir. Bunu əldə etməyə dünya imkan vermir. Ona görə də Rusiya çoxdan arzuladığı koalisiyanı yaratmaq istəyir. 2024-cü ilin yayında Rusiyanın prezidenti Putin Şimali Koreyaya səfər elədi. Sovet İttifaqı ilə zamanında Şimali Koreya arasında hərtərəfli qarşılıqlı yardım haqqında müqavilə vardı. Sonradan Rusiya bu  müqaviləni qüvvədən saldı. 2024-cü ilin yayında yenidən Şimali Koreya ilə Rusiya arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalandı və koalisiya yarandı. Buna görə də Ukraynanın ərazisində Şimali Koreyanın əsgərləri, zabitləri vuruşurlar”.

M. İsmayılov onu da əlavə edib ki,Yaxın Şərqdə İran və Rusiya  birlikdə apardıqları siyasəti uduzublar:

“Rusiya və İran Bəşər Əsəd rejimini qoruya bilmədilər və o tarixin səhnəsindən silindi. Son iki  aydır Türkiyə tərəfindən yenidən şəkillənən Suriyada terror ocaqlarının zərərsizləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmasın, Hizbullahın, Yəməndəki husilərin İsrail tərəfindən məhv edilməsi İranı məcburən öz təhlükəsizliyini qorumaq məsələsinə daha diqqətli yanaşmağa məcbur elədi. Artıq Yaxın Şərqdəki İranın proksi qüvvələri İrandan yardım ala bilmirlər. Onların İsrail tərəfindən məğlub edilməsi İranı çox müşkül vəziyyətə salıbdır. Öz güclərini itirən İran və Rusiya tərəfindən sabah  Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması planlaşdırılır”.

“Güney Qafqazda geosiyasi mühit sürətlə dəyişir. 15 yanvar tarixində Vaşinqtonda imzalanan ABŞ-Ermənistan Strateji Xartiyası, yəni Ermənistan-ABŞ koalisiyası, eləcə də İran-Rusiya ittifaqı bölgədəki proseslərə ciddi təsir göstərəcək. Bu kontekstdə Güney Qafqazda getdikcə güclənən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı diqqətəlayiqdir. Eyni zamanda, Yaxın Şərqdə Türkiyənin artan gücü və Rusiyanın İranla birlikdə bu regionda məğlubiyyəti, bölgədəki qüvvələr balansını dəyişir. İran-Rusiya koalisiyası, Ermənistan-Azərbaycan gərginliyindən istifadə edərək Güney Qafqazda üstünlüyünü qorumağa çalışır. Lakin bu ittifaqın yenidən birləşmək məcburiyyətində qalması, bölgədə yeni siyasi və hərbi düzənin yaranacağını göstərir. Şübhəsiz ki, bu dəyişikliklər regional proseslərə ciddi təsir göstərəcəkdir”,- deyə Mehman İsmayılov şərh edib.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri