Icma.az
close
up
RU
Məhəmməd Əmin Rəsulzadənin imzaları Abid Tahirli yazır

Məhəmməd Əmin Rəsulzadənin imzaları Abid Tahirli yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abid TAHİRLİ

İlk dəfə ayrıca təqdiqat predmeti kimi araşdırdığımız bu problem görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığının, eyni zamanda bütövlükdə mühacirət ədəbi irsinin obyektiv, qərəzsiz, dərindən öyrənilməsinə, imzalar, xüsusi ilə gizli imzalar və müəlliflik hüquqları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi məqsədi daşıyır.

"İmza", eləcə də bu ifadə ilə sıx bağlı olan kriptonimlərin - "gizli imza", "örtülü imza", "naməlum imza", "təxəllüs", "ləqəb", "abreviatur inisial"ın yaranmasını şərtləndirən amillər, əmələ gəlmə, istifadə üsulları və bu vasitələrdən faydalanan müəlliflərin, onların əsərlərinin müəyyənləşdirilməsi kimi problemlər söz yaradıcılığı ilə başlanan, ədəbiyyatşünaslıqda, mətbuatşünaslıqda, dilçilikdə, mətnşünaslıqda gündəlikdən düşməyən, ədəbi-tənqidi və elmi-nəzəri irsdə aktuallığını saxlayan, bitib-tükənməyən mübahisələr, bəzən ciddi fikir ayrılıqları törədən məsələlərdəndir. Dilimizə daxil olan ərəb mənşəli "imza" sözü "Azərbaycan dilinin izahlı lüğəti"ndə "1. Bir məktubun, bir sənədin və s.-in altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma qol çəkmə, qol qoyma; qol. 2. Təxəllüs, ləqəb mənasında" şərh edilir. Elə həmin lüğətdə "təxəllüs" (Adətən yazıçıların, rəssamların və b.-nın işlətdikləri qondarma ad) , "ayama" (Bir adama el tərəfindən verilən ad, ləqəb, "ləqəb" (Müəyyən bir səciyyəvi xasiyyətinə və başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad) sözlərinin də izahı verilib. Burada olduğu kimi, bir çox başqa mənbələrdə də imza və onunla bağlı antroponimlərin şərhində üst-üstə düşməyən, bəzən hətta ziddiyyətli məqamlar da olur. Son illərdə elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən, intellektual resurslardan, internetin imkanlarından istifadə olunması "imza" sözünün semantik sərhədlərinin genişləndiyini, dilimizə e-imza, rəqəmsal imza, asan imza, sima və s. kimi anlayışların daxil olduğunu nəzərə alsaq, o zaman "imza"nın ənənəvi şərhinin dolğun olmadığı qənaətinə gələ bilərik. Bununla belə, qeyd edilməlidir ki, qələm əhlinin ədəbiyyat və mətbuatdakı imzalarla bağlı maraqlı, faydalı axtarışları, dəyərli qənaətləri də var. M.F.Axundzadə, H.Zərdabi, Ö.F.Nemanzadə, A.Sur, Ə.Müznib, Ə.Abid, M.Cəlil, F.Ağazadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, S.Hüseyn, M.B.Məhəmmədzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və başqaları ayrı-ayrı mətbu orqanlar - qəzetlər, jurnallar, onların ideya istiqaməti, proqramı ilə yanaşı, əməkdaşları, imzaları barədə dəyərli məqalələr yazmış, maraqlı xatirələr qələmə almışlar. Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı kitabında haqqında bəhs olunan dövrdə formalaşan və ədəbiyyatımızın sonrakı təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik platforması, inkişaf istiqaməti və xarakteri, ədəbi metod və üslub özünəməxsusluğunu, bir sıra görkəmli sənətkarların yaradıcılığını təhlil süzgəcindən keçirib, dəyərli elmi-nəzəri fikirlər irəli sürüb. O, eyni zamanda Mirzə Fətəli Axundovdan üzü bu yana bir çox yazıçı və şairin imzaları, o cümlədən örtülü, gizli imzaları, təxəllüs, ləqəbləri haqqında maraqlı mülahizələr söyləyib.

Əsas hissə İctimai-siyasi, publisistik, elmi fəaliyyəti ilə tariximizdə iz buraxmış Ceyhun Hacıbəyli ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini yazmağa təşəbbüs göstərmiş, bununla da, mətbuat tariximizin tədqiqi tarixinin təməlini qoymuşdu. Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mənzər İbrahimova üzə çıxarmış və "Molodyoj Azerbaydjana" qəzetinin iki nömrəsində (1994, 6 iyul. №73, 7 iyul 74) "Əkinçi"dən "Həqiqət"ədək" adı ilə dərc etdirmişdi. C.Hacıbəyli əlyazma şəklində olan əsərində "Şərqi-Rus", "Həyat", "İrşad", "Rəhbər", "Dəbistan", "Təkamül", "Yoldaş", "Molla Nəsrəddin", "Füyuzat", "Tazə həyat", "Tərəqqi", "Proqres", "İttifaq", "Zənbur"... kimi mətbu orqanlarının məramı, ideya istiqaməti, toxunduğu problemlər, redaktor və mühərrirləri, onların imzaları haqqında bəhs edir, nəşrlərin cəmiyyət həyatında yeri və rolunu dəyərləndirir. Mətbuat tarixi və imzalarla bağlı ilk peşəkar, sistemli tədqiqatın müəllifi, heç şübhəsiz ki, istiqlal mücahidi, alovlu publisist, yazıçı, araşdırmaçı, naşir Mirzə Bala Məhəmmədzadədir (13 avqust 1898, Zirə, Bakı - 8 mart 1959, İstanbul, Türkiyə). Onun qələmə aldığı "Azərbaycan türk mətbuatı" kitabında imzalarla bağlı diqqətəlayiq fikirlər var. Həmin əsəri A.Bayramoğlu ərəb əlfbasından çevirmiş, tərtib edərək, ön söz, lüğət və qeydlərlə birlikdə nəşr etdirmişdi (Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, - 2004.  112 s.). Bir müddət sonra isə  Dilqəm Əhməd tərəfindən ərəb əlifbasından transliterasiya edilərək, "Ön söz" və "Əlavələr"lə çap olunub. "Birinci Rus inqilabına qədər mətbuat (1875-1905)", "Birinci inqilabdan sonra mətbuat", "Müharibə dövründə mətbuat", "İnqilab içində mətbuat", "Müsavat dövründə mətbuat", "Bolşevik mətbuatı" adlı fəsillərdən və "Son söz"dən ibarət əsərdə Mirzə Bala Məhəmmədzadə haqqında bəhs etdiyi dövrün mətbuatının naşirləri, redaktorları, mühərrirləri, onların imzaları, dövrü nəşrlərin proqramı, məramı, ideya istiqmətləri və s. haqqında maraqlı məlumatlar verir. Doğrudur, müəllif kitabda gizli imzalar, təxəllüs və ləqəblər barədə söz açmır, lakin nəşrlərin və mətbəələrin üzləşdiyi problemləri qeyd edir, eyni zamanda, "Son söz"də M.Məhəmməzadə kitabda bir sıra nöqsanların ola biləcəyini də etiraf edir. Müəllifin gizli imzalara toxunulmaması da həmin çatışmazlıqlar cərgəsindədir.

İmzalarla, o cümlədən gizli imzalarla bağlı isə ayrıca tədqiqat işinin ilk təşəbbüskarı Novruz Ağayev (1874-1948) olmuşdur. Onun 1944-cü ildə tərtib etdiyi "Mətbuat tariximizə dair qeydlər" adlı 112 səhifəlik dəftərində (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi arxivi, inv. №655) 1875-1920-ci illərdə çıxan qəzet, jurnalların, eləcə də naşir, redaktor və əməkdaşların adları, nəşrlərin tarixi əksini tapıb. N.Ağayev 110 nəfər müəllifin 450 gizli imzasını qeydə alıb. "Dəftər"dəki materiallar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Mərziyə Paşayevanın (1925-Qəbələ - 2010, Bakı) tərtib etdiyi "Molla Nəsrəddin" jurnalı və onun iştirakçıları" adlı biblioqrafik vəsaitlə birlikdə filologiya elmləri doktoru Elmira Qasımova tərəfindən transliterasiya edilərək "Gizli imzaların ilk biblioqrafik göstəriciləri" adı ilə nəşr olunub.

Görkəmli tədqiqatçı Qulam Məmmədlinin (25 mart 1897, Təbriz - 18 noyabr 1994, Bakı) "İmzalar" kitabı (Bakı, Azərnəşr, - 1977. - 120 s.) isə bu problemlə bağlı işıq üzü görən ilk nəşrdir. Dörd minə yaxın imza haqqında məlumatı əks etdirən bu əsərdə yol verilən bir sıra yanlışlıqlar tədqiqatın elmi dəyərinə ciddi ziyan vurmur.

İmzalarla bağlı yuxarıdakı qeydlər, həmçinin sovet rejimi və kommunist ideologiyasının düşmən elan etdiyi mühacir ədiblərin yaradıcılığının, o cümlədən onların imzalarının müəyyənləşdirilməsi istiqamətində ayrıca tədqiqat əsərinin yazılmaması problemin tədqiqini aktuallaşdıran, şərtləndirən amillərdəndir. Bu baxımdan parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi ilə Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutan görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadənin (31 yanvar 1884, Bakı - 1955, 6 mart, Ankara) imzalarının müəyyənləşdirilməsi mühacirətşünaslığın qarşısında duran mühüm vəzifələrdəndir. M.Ə.Rəsulzadənin imzaları ilə bağlı araşdırmalar nəticəsində əldə edilən qənaətlər müəllifin irsinə, xaricdəki və ölkəmizdəki mövcud tədqiqat əsərlərinə - o cümlədən Mövsüm Əliyevin, Elçinin, Şirməmməd Hüseynovun, Nəsiman Yaqublunun, Aydın Balayevin, Vilayət Quliyevin, Ədalət Tahirzadənin, Vaqif Sultanlının, Asif Rüstəmlinin, Ramiz Abutalıbovun, Nəsib Nəsibzadənin, Nəcibə Bağırzadənin və başqa alimlərin elmi məqalələrinə, monoqrafiyalarına istinad edilməklə hasil olunub. Bu problem üzərində işləyərkən, eyni zamanda Məhəmməd Əmin bəy irsinin tədqiqində və təbliğində mühüm xidmətləri olan Əli Yavuz Akpınar, Ədalət Tahirzadə, Ömər Özcan, Səbahaddin Şimşir, Dilqəm Əhməd, Mehdi Gəncəli kimi araşdırmaçılarla yazışmalar olub, fikir mübadiləsi aparılıb. Bəri başdan qeyd edək ki, ədib istər mühacirətə qədərki, istər mühacirətinin I, istərsə də II dövr yaradıcılığında açıq və gizli imzalardan, təxəllüslərdən istifadə etmiş, eyni zamanda bir sıra yazılarını imzasız dərc etdirmişdi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see187

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see155

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see147

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see139

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see134

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see122

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see122

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see117

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see117

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see116

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see116

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see115

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri