Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Ramiz Əsgər türkçülüyün əsgəri Abid Tahirli yazır

Ramiz Əsgər türkçülüyün əsgəri Abid Tahirli yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abid TAHİRLİ

Əli Şamildən mesaj var...

Azərbaycan və Türkiyə ziyalılarının səmimi, sadiq dostu, görkəmli tədqiqatçı Əli Şamillə ünsiyyətimiz daha çox fikir, informasiya mübadiləsi səpkili olur. O, nəzərimi, xüsusən, işıqlı düşüncələri, opponentləri ilə polemikada ciddi, prinsipial mövqeyi, ətrafına qarşı diqqətli, həssas, qayğıkeş münasibəti ilə çəkib. Neçə illər bundan əvvəl “Gültəkin” imzası ilə bağlı mənə ünvanladığı bir sorğusu indiki kimi yadımdadır: “Abid bəy, Siz yazılarınızda bu imzanın Əmin Abidə məxsusluğunu yazmısınız. Amma nəyə əsasən bu qənaətdə olduğunuzu, hansı mənbəyə istinad etdiyinizi göstərməmisiniz. Mümkündürmü, bu məsələ ilə bağlı bir qədər ətraflı məlumat verəsiniz”. Bu minvalla söhbətimiz davam edirdi... Əli Şamilin Türk dünyası, o cümlədən və xüsusi ilə Cənubi Azərbaycanla bağlı paylaşımlarını da məmnuniyyətlə və mütəmadi izləyirəm...

Bu günlərdə Əli Şamildən daha bir mesaj aldım. O, rəhmətlik Ramiz Əsgərin bacısı Nailə Əsgərli ilə birlikdə Ramiz Əsgər haqqında doğmalarının, dostlarının, keçmiş iş yoldaşlarının xatirələrindən ibarət bir toplu hazırlamaq niyyətində olduqlarını bildirdi. Əli Şamilin mesajı təsadüfi deyildi. İstedadlı həmkarım Ramiz Əsgərlə uzun müddət bir yerdə çalışmış, sıx dostluq münasibətlərimiz olmuşdu...

Təməl tələbəlikdəndir

Ötən əsrin 70-80-ci illərində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsi bir çox cəhətləri ilə fərqlənirdi. Universitetin İstiqlaliyyət küçəsindəki korpusunda bizdən başqa məhdud sayda tələbələri olan Şərqşünaslıq, Hüquq fakültələrinin tələbələrinin az qala hamısı bir-birini tanıyırdı. Mətbuatla sıx bağlılığına görə isə Jurnalistika fakültəsinin, demək olar ki, I kursdan V kursa kimi bütün tələbələri hər gün dəhlizdə, xüsusi ilə divar qəzetinin önündə görüşür, yaradıcılıq söhbətləri edir, redaksiyalarla əməkdaşlıq və əlaqələri barədə bir-birini məlumatlandırırdı.

Orta məktəbi qızıl medalla bitirən R.Əsgər 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, 1975-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmiş, 1978-ci ildə həmin məktəbi uğurla bitirmişdi. Ramiz Bakıda olduğu kimi, Moskvada da təhsil aldığı illərdə Jurnalistika fakültəsinin tələbələri ilə sıx dostluq münasibətində olmuş, daim köhnə dostları ilə əlaqə saxlamışdı. Bizim kursdan (biz R.Əsgərdən bir il sonra Jurnalistika fakültəsinə qəbul olmuşduq) o, daha çox Müzəffər Maşayev, Qafar Çaxmaqlı ilə görüşür, dərdləşirdi. Mənim R.Əsgərlə sıx ünsiyyətim onun Azərbaycan radiosunda çalışdığı 1978-ci ildə başladı. Tanınmış diktor Qara Tağızadə bizə, səhv etmirəmsə, radio dilindən seminar aparırdı. Digər müəllimlərimiz kimi o da, demək olar ki, hər görüşdə bizi redaksiyalarla, o cümlədən radio ilə əməkdaşlığa dəvət edirdi. Unudulmaz Qara müəllim deyirdi: “Siz indi özünüzü, öz imzanızı təsdiq etməlisiniz. Digər tərəfdən də yaxşı qonarar alarsınız. Ailəyə maddi yardım etmiş olarsınız”. Onun sözlərində böyük həqiqət vardı. Mən yuxarı kursda oxuyarkən Nəsir İmanquliyevin redaktor olduğu “Bakı” axşam qəzeti ilə sıx əməkdaşlıq edirdim. Hər ay azı 30 (!) manat qonorar alırdım. Günlərin birində bir neçə xəbərlə radioya da yolumu saldım. Qara Tağızadə ilə görüşdüm. O, xəbərlərlə tanış oldu, bəyəndiyini dedi. Radionun “Xəbərlər” redaksiyasından çıxanda R.Əsgərlə üz-üzə gəldim. Bir-birimizdən hal-əhval tutduq, həyətdəki çayxanada xeyli söhbət etdik. Məni radionun xarici dillər redaksiyası ilə də əməkdaşlığa dəvət etdi: “Bizim redaksiya bir qədər fərqlidir, yəni hər kəslə əməkdaşlığa yol verilmir. Adil müəllimlə - o da bir az çətin adamdır (türk redaksiyasının müdiri Adil Əfəndiyevi nəzərdə tuturdu), danışım, razılığını alım, əlaqə saxlayaq, bizim verilişlərimiz çox maraqlı olur”. Ayrılanda kimdənsə ehtiyatlanırmış kimi sağa-sola boylanıb qoltuğundan bir rəngli qəzet çıxardı: “Evdə baxarsan, qəzetdir”, - dedi. Mən marağımı gizlətmədim: “Rənglidir, adı nədir?” R.Əsgər “rənglidir” sözümü təbəssümlə qarşıladı: “Hə, rənglidir, evdə baxarsan”. Ayrıldıq. Səbrim çatmadı, radiodan çıxıb, Kirov (Allah xalqımızın bütün düşmənlərinə lənət eləsin!) parkına (Şəhidlər xiyabanıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!) gəldim, dalda bir yerə çəkilib qəzeti açdım. Türkiyənin “Hürriyyət” qəzeti idi (sonralar 1990-cı illərdə R.Əsgər “Hürriyyət” qəzetinin Azərbaycan üzrə müxbiri işləmişdi). Qəzetin bütün materiallarını az qala birnəfəsə oxudum. Bundan sonra R.Əsgərlə sıx-sıx görüşməyə başladım...

Nəbi Xəzri ilə bir görüş

Universiteti bitirdikdən sonra “Bakı” axşam qəzeti və digər mətbu orqanlarla sıx əməkdaşlıq etsəm də, əsas iş yerim “Bakelektrikməişətcihaz” İstehsal Birliyinin “Texniki tərəqqi uğrunda” çoxtirajlı qəzeti idi. Qəzetə “Bakı” axşam qəzetinin sabiq şöbə müdiri Şaban Şabanov redaktorluq edirdi. Köhnə iş yerindən məni tanıdığı üçün onunla işləməyə dəvət etmişdi. Çox səriştəli qəzetçi, öz işinin peşəkarı idi. Qəzetin məsul katibliyini mənə həvalə etmişdi. Həftədə bir dəfə çıxan qəzet “Azərbaycan” nəşriyyatında buraxılırdı. Mən də qəzet çap olunan günlər nəşriyyata gedər, tərtibat, korrektura işləri ilə məşğul olurdum. İndiki ilə müqayisədə qəzetlər primitiv üsullarla, uzun və yorucu prosesdən sonra ərsəyə gəlirdi: tökmə sexində qurğuşundan müxtəlif şriftlər yığılır, sonra qonşu sexdə metrampajlar müxtəlif dəzgahlarda fərqli formatlarda qəzetləri tərtib edir, daha sonra otdisk (surət) çıxardır, korrekturaya verirdilər. Orfoqrafik qüsurlar olduqda həmin hissə yenidən tökmə sexinə qaytarılır, şrift yenidən tökülürdü... Qonşu dəzgahda metrampaj Səfurə xanım “Vətənin səsi” adlı bir qəzeti yığır, hərdən əsəbiləşərək “Bu Rafiq müəllim (Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı “Vətənin səsi” qəzetinin baş redaktoru) hara getdi, indi bu şəkli necə, hansı ölçüdə verim, mətnini hansı şriftlə yığdırım (dediyimiz kimi, mətn şriftləri qurğuşunla başqa sexdə tökülürdü - A.T.), gün axşam olur, iş vaxtım qurtarır”, - deyə dodaqaltı gileylənirdi. Mən ona: “Səfurə xanım, niyə əsəbiləşirsiniz, deyin, kömək edim”, - deyəndə o, bir qədər duruxdu. Sonra “Axı, bu gizli qəzetdir, kənar adam oxuya bilməz, icazə vermirlər”, - deyəndə marağım birə-on artdı. “Heç nə olmaz, Rafiq müəllim heç nə deməz, o gec gələcək, İsmayıl müəllimin (“Bakı” axşam qəzetinin məsul katibi İsmayıl Tağızadə - Üzeyir Hacıbəylinin qohumu) yanındadır. Deyin, nə lazımdırsa, köməklik edim”, - deyib dəzgaha yaxınlaşdım. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, tərtibat işini mükəmməl bildiyim üçün qısa müddətdə bütün materaialları yerbəyer etdik. “Otdisk” (surətini) çıxardıb korrektura da etdim. Qəzet çapa tam hazır vəziyyətə gətirildi. Bu arada Rafiq müəllim təngnəfəs, qızarmış vəziyyətdə özünü çatdırdı, Səfurə xanımı qabaqlamaq üçün: “Yuxarı-aşağı qaçmaqdan həlak oldum, tək qəzet buraxmaq olar?”, - deyə şikayətlənmək istəyirdi ki, Səfurə xanım qəzetin surətini ona uzatdı: “Rafiq müəllim, buyurun, çapa imzalayın, qəzet hazırdır”. R.Həşimov gözlərinə inanmadı, sevincdən Səfurə xanımı qucaqladı. Səfurə xanım məni göstərərək “Ona sağ ol, düşür”, - dedi. Rafiq müəllim: “Axı bu qəzeti kənar adam oxuya bilməz” - demək istəyirdi ki, Səfurə xanım onun sözünü kəsdi: “Nə etməliydim, səhərə kimi Sizi gözləməliydim?” Rafiq müəllim mənə yaxınlaşdı, təşəkkür etdi. Sonrakı həftələrdə də eyni hadisə baş verdi. Mən artıq qəzetin qeyri-rəsmi işçisi kimi fəaliyyət göstərirdim. Bundan xəbər tutan Şaban müəllim dedi: “Rafiqə de, Nəbi Xəzri səni işə götürsün. Ora yaxşı yerdir”. Xırdalamaq istəmədiyim çox mətləblər var, bu xəmir çox su apardı, sonda Rafiq Həşimov Nəbi Xəzridən qəzetdə yarımştat korrektor kimi çalışmağıma razılıq aldı. Bir gün R.Həşimov mənə dedi: “Hazırlaş, bu gün Nəbi müəllim səni qəbul edəcək”. Sonra o, özünəməxsus şəkildə məni təlimatlandırdı. Axşamüstü Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə (indiki Fransa səfirliyinin yerləşdiyi bina) getdim. Qəbul otağında Ramiz Əsgərlə rastlaşdım. Ramiz məni görcək sevincini gizlətmədi: “Ayə, xeyirdimi?” Mən qısaca məlumat verdim. Sonra məlum oldu ki, Nəbi Xəzri R.Əsgəri Cəmiyyətin Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində buraxdığı “Azərbaycan bu gün” adlı jurnalına işə götürmək üçün qəbula dəvət edib. Nəbi Xəzri bizi birlikdə qəbul etdi. O, əvvəlcə idarənin çox ciddi, intizamlı, nüfuzlu, daim diqqət mərkəzində olan bir təşkilat olduğunu söylədi, sonra bizə suallar verdi, ümid etdiyini bildirdi ki, göstərilən etimadı doğruldacağıq. R.Əsgər jurnala baş redaktor, mən qəzetə yarımştat korrektor təyin olundum...

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri