Icma.az
close
up
RU
Yaxşı ananın pis qızını almaq lazımdır Yalçın İslamzadə

Yaxşı ananın pis qızını almaq lazımdır Yalçın İslamzadə

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Qısa müddətdə fenomen olmaq, geniş kütlələrin sevimlisinə çevrilmək, o efidən bu efirə, o kanaldan bu kanala, o müsahibədən bu müsahibəyə qaçıb hər mövzuda ağzına gələni danışmaq və alqışlanmaq, çıxışlarından fraqmentlərin tiktokda, instagramda, feysbuk story-lərində onminlərlə izləyiciyə çatmasını istəyənlər üçün əsas tezislər.
Bu tezisləri irəli sürərkən çəkinməmək, "14 manata kitab olar?" deyib, mollasadıqların bir saatına 100 manat ödəməyə hazır olan kütləyə xitab edildiyini yaddan çıxarmamaq lazımdır. Yəni, auditoriyanın "Mən düşünmək istəmirəm, 1,5 kq-lıq beyin nəyimə lazımdır heç bilmirəm, mən hələ böyüməmişəm, kimsə mənə "lay-lay" desin, komfort zonamda üstümə yorğan örtsün" deyənlər olduğunu nəzərə alıb, cəsarətli olmaq lazımdır.

1. "Avropoda kişilik qalmayıb!"

Bu tezisi irəli sürənlər ərəbçiliyi, farsçılığı, rusçuluğu təfəkkür tərzi zənn edən çoxsayda insan tərəfindən dəstəklənəcək. Həmçinin paradoksal şəkildə, "Biz bir gün görmədik, heç olmasa uşaq Avropaya getsin" deyənlər də bu sırada olacaqlar.
Bu tezislə bütün bəşəri dəyərləri Avropa dəyərləri adlandırıb qətiyyətlə rədd eləmək də olar. Bu zaman məzhəpçilər tərəfindən ciddi dəstək qarantidir.

2. "Qadınlar işləməsin, ailələr dağılmasın!"

Qısaca iddia belədir ki, qadınlar işlədiyinə görə boşanmaların sayı artır. Heç kim düşünməyəcək ki, səbəb-nəticə əlaqəsiylə korrelasiya arasında hansı fərq var. Heç kimin ağlına gəlməyəcək ki, işləyə bilmədiyi üçün qarıntoxluğuna ömürboyu şiddətə dözmək məcburiyyətində qalan onminlərlə qadın var.

Hətta bu tezisi qocalmış, həyatı özünə maraqsız olan, ona görə də söz-söhbət axtaran qarılar votsapda paylaşacaqlar, qarantiya verirlər.

3. "Kişi qadından üstündür!"

Müdüründən silən nə qədər kişi varsa, həyatlarındakı bütün problemlərin qadınlardan qaynaqlandıqlarını düşünüb təsəlli tapacaq, dəstək olacaqlar.

4. "Dədə-babalarımız dəhşət müdrik olublar!"

Heç kim fikirləşməyəcək ki, bu müdrik dədələr niyə bir normal pensiya fondu qura bilməyiblər, uşaqlara pensiya təminatı kimi baxırlar?

5. "Xilas yolu dindir!"

Heç kim fikirləşməyəcək ki, 50-dən artıq İslam ölkəsi vətəndaşları niyə quruda və dənizdə əzablı yollarla kafirlərin məmləkətlərinə yetişməyi xilas sayırlar?

6. "Evin böyüyü ağbirçəkdir!"

Nə qədər türk seriallarındakl "Benim kim olduğu biliyor musun?" diaqloqlarından təsirlənmiş, oxumamış, hobbisi olmayan, həyatının mənasını başqalarının həyatına burun soxmaqda görən bekar yaşlı varsa, potensial dəstəkçilərdir.

O gün bir qoca deyirdi ki, "Yaxşı ananın pis qızını almaq lazımdır". Səbəbi də o imiş ki, yaxşı ana qızının ailəsinə yerləşəcək, ona necə davranmağı praktik olaraq öyrədəcək.

Yəni 25 yaşlarında bir qadın və kişi, özlərini apara bilmirlər, bunlara mütləq ağbirçək nəzarəti lazımdır.

Bu qədər yaşlı-başlı "uşaqların" olduğu məmləkətdə oxumağa, ixtisas biliyinə, fakta-dataya-statistikaya, arqument-əks arqumentə ehtiyac yoxdur.

Bu qədər bioloji olaraq yaşlanıb dünyagörüşcə böyüməyən insanlara xilaskar görünməkdən asan nə var?

Hətta texnologiyanın digər imkanlarından da istifadə etmək olar.

Tezis:

"Müəyyən dairələr ailə institutumuza hücum ediblər!"

Süni intellektlə bir kilisə, orda beş altı qara keşiş təsviri yaratmaq olar. Keşişin biri məmnun halda deyir:

"Yaktım seni Hezretqulu, Gülsənəm səndən boşanacaq".

Məşhur aktyor qadın paltarında festivala gəldi Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə “Dostoyevksi düzgün yanaşma tapmağa yardımçı olur...” – Cənubi Koreyalı moda eksperti
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 İyul 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri