Yaxşı oğlan olsaydın Təhminənin maşınından düşməzdin... Kafedəki hadisənin TƏFƏRRÜATI
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Zaqatala rayonunda 2000-ci il təvəllüdlü Emin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qoşqara (adlar şərtidir – red.) bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 8-də rayonun Əliabad qəsəbəsində baş verib.
Emin həmin qəsəbədə yerləşən “Bizim Məkan” adlı kafedə qonşusu və həmkəndlisi Qoşqar ilə birlikdə spirtli içki qəbul edib. Sonra Emin Qoşqarın yaşadıqları evə həmin kafedə ofisiant işləyən şəxsin avtomaşını ilə getməklə bağlı etdiyi təklifi qəbul edib. Həmin avtomobillə birlikdə hərəkət etdikdən sonra fikrini dəyişən Emin Qoşqarın onun və ailə üzvlərinin ünvanına söyüşlər işlətməsi səbəbilə qisas almaq niyyətinə düşüb. Bu zaman o, özündə olan bıçaqla Qoşqara bir neçə zərbə vurub.
Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 8-də həmkəndliləri Qoşqar, Babək və atası Nəriman ilə birlikdə yeyib-içmək qərarına gəlib: “Bu məqsədlə kənddə taksi fəaliyyəti ilə məşğul olan Əhmədə zəng edərək saat 17 radələrində bizi yaşadığımız evin yaxınlığından götürməsini bildirdim. Əhməd də gələrək bizi götürdü. Birlikdə Qax rayonunda yerləşən kafelərdən birinə getdik və orada spirtli içki qəbul etdik. Həmin vaxt taksi sürücüsü Əhməd də yanımızda əyləşib. Amma spirtli içki qəbul etmədi. Təxminən saat 21 radələrində həmin kafedən çıxdıq və Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafeyə getdik. Orada mən və Qoşqar spirtli içki qəbul etməyə davam etdik Lakin Babək və Nəriman çay içdilər. Bir qədər sonra atam ilə Babək evə yollandı. Mən isə Qoşqarla birlikdə kafedə əyləşdim, məclisə davam etdik. Həmin vaxt Qoşqarın hazırda xatırlamadığım iki dostu yanımıza gələrək bizimlə birlikdə əyləşdi və spirtli içki qəbul etdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 22 radələrində kafeni bağladıqları üçün onlar kafedən çıxmalı olublar: “Buna görə Əhmədə zəng etdim və bizi kəndə aparmasını istədim. Əhməd də yolda olduğunu, bizi götürməyə gəldiyini bildirdi. Qoşqara taksi sürücüsünün bizi götürməyə gəldiyini dedim. Qoşqar isə Əhmədə ehtiyac olmadığını deyərək kafedə ofsiant işləyən Təhminə adlı xanıma məxsus avtomobillə getməyi təkid etdi. Mənim mobil telefonumda kontur olmadığı üçün Qoşqardan Əhmədə zəng edərək gəlib-gəlmədiyini soruşmasını istədim. Qoşqar da Əhmədə zəng etdikdən sonra onun işi olduğu üçün gələ bilməyəcəyini bildirdi. Bundan sonra Qoşqarın təkidi ilə Təhminənin avtomobili ilə getməyə razılaşdım. Qadının avtomobili ilə bir az getdikdən sonra yanacaqdoldurma məntəqəsində Əhməd zəng edərək çatdığını bildirdi və məndən harada olduğumu soruşdu. Ona yanacaq doldurma məntəqəsi tərəfdə olduğunu bildirdim. Bundan sonra Qoşqara avtomobili saxlatdırmasını dedim və avtomobildən düşərək Əhmədin avtomobilinə əyləşdim. Təxminən 10-15 dəqiqə sonra Əhmədin avtomobilində olan vaxt Qoşqar zəng etdi və dedi ki, sən yaxşı oğlan deyilsən, yaxşı oğlan olsaydın məni yarı yolda qoyaraq Təhminənin maşınından düşməzdin. Sonra mənim anama, həyat yoldaşıma və nəslimə ağır söyüşlər söydü. Qoşqardan harada olduğunu soruşdum. O, yenicə evinin qarşısına çatdığını bildirdi. Biz bir-birimizlə yaxınlıqda yaşayırıq. Mən öz evimə getmək üçün onun evinin qarşısından keçirəm. Qoşqarın evinin qarşısına çatdım və bir az söhbət etdikdən sonra ona içkili olduğumuzu dedim, sabah söhbətə davam etməyi bildirdim. Əhməddən məni evə aparmasını xahiş etdim. Həmin vaxt Qoşqar da Əhmədin avtomobilinə əyləşdi. Ondan hara getdiyini soruşdum. O, işinin olduğunu bildirdi. Əhmədin avtomobili ilə bir az gəldikdən sonra öz evimin qarşısında düşdüm və sağollaşaraq evə yollandım. Amma Qoşqar mənə qarşı söyüşlər işlətdi, məni geri çağırdığı üçün özümü müdafiə etmək məqsədilə evdən bıçaq götürdüm. Sonra çölə çıxdım. Çölə çıxan zaman Qoşqar üzərimə doğru gəldi. Hətta Qoşqarı özümdən uzaqlaşdırmaq üçün iki-üç dəfə onu itələdim. Qoşqar mənə əl atan zaman özümü müdafiə etmək məqsədi ilə onu bıçaqla vurdum. Həmin an ona neçə bıçaq zərbəsi vurduğumu bilməmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, qeyri-rəsmi olaraq, yəni dini nikahla Şəbnəm ilə ailə həyatı qurub, həmin nikahdan bir uşaqları olub. O bildirib ki, həm öz uşağı, həm də Şəbnəmin əvvəlki nikahdan olan üç uşağı onun himayəsindədir.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin 3 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilib. Onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasına qərar verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyib.
Şəki Apellyasiya Məhkəməsində bu şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, şikayət təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Tulin Ələkbərovanın cəzalandırıldığı hadisənin TƏFƏRRÜATI
01 Avqust 2025 00:18
Füzulidə tibb işçisi döyüldü Hadisənin TƏFƏRRÜATI
30 İyul 2025 00:57
İmişlidə FUTBOLÇULAR qəzaya düşdülər Hadisənin TƏFƏRRÜATI
05 Avqust 2025 16:20
Üç qohumun boğularaq öldüyü hadisənin TƏFƏRRÜATI
25 Avqust 2025 17:57
3 nəfərin kanalda boğulduğu hadisənin TƏFƏRRÜATI
13 İyul 2025 22:36
Baxış sayı:99
Bu xəbər 26 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları