Icma.az
close
up
RU
“Yaxşı yaşanmış həyat” nədir?

“Yaxşı yaşanmış həyat” nədir?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ alimləri insan ömrünün necə xatırlandığını və “yaxşı yaşanmış həyat” anlayışının cəmiyyətin şüurunda necə formalaşdığını öyrənmək üçün qeyri-adi mənbəyə – nekroloqlara müraciət ediblər. Miçiqan Dövlət Universiteti, Boston Kolleci və Arizona Dövlət Universitetinin tədqiqatçıları 30 il ərzində ABŞ-da dərc edilmiş 38 milyon nekroloqu təhlil edərək, insanları ən çox hansı dəyərlərə görə yad etdiklərini araşdırıblar.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Əsas müəllif, Miçiqan Dövlət Universitetinin professoru Devid Markovits bildirib ki, nekroloqlar cəmiyyətin hansı həyat tərzini daha çox dəyərləndirdiyini göstərən nadir mənbədir: “Onlar insanların hansı töhfələrinə görə xatırlandığını, hansı dəyərlərin daha güclü yadda qaldığını və kollektiv yaddaşda necə qorunduğunu ortaya qoyur”.

Araşdırma göstərib ki, nekroloqlarda ən çox rast gəlinən şəxsi dəyərlər ənənələr (təxminən 80 faiz) və xeyirxahlıq (76 faiz) olub. Ənənələr dini ayinlərdə iştirak və ictimai normalara bağlılıqla ifadə olunur. Xeyirxahlıq isə başqalarına qayğı göstərmək, etibarlı və dürüst insan olmaqla yadda qalır. Gender fərqləri də aydın görünür: qadınlar daha çox xeyirxahlıqları ilə, kişilər isə nailiyyətləri və ictimai fəaliyyətləri ilə yad ediliblər. Yaş fərqlərinə gəldikdə isə yaşlı nəsil ənənələrə bağlılığı ilə, gənclər isə qayğıkeşliyi ilə daha çox xatırlanıb.

Alimlər, həmçinin 11 sentyabr terror aktları, 2008-ci il maliyyə böhranı və COVID-19 pandemiyasının nekroloqların məzmununa necə təsir etdiyini öyrəniblər. 11 sentyabrdan sonra insanların yad edilməsində ənənə və xeyirxahlıq daha çox ön plana çıxıb. 2008-ci il böhranından sonra nailiyyət və şəxsi uğurların vurğulanması azalıb, əvəzində gündəlik ehtiyacların qarşılanmasına yönəlmiş dəyərlər önə çıxıb. COVID-19 pandemiyası zamanı isə xeyirxahlığın vurğulanması azalıb, ənənələrə bağlılıq isə əksinə, daha çox qabardılıb.

Markovitsin sözlərinə görə, bu dəyişikliklər böyük ictimai sarsıntıların insanların yaddaşına və yaxınlarını necə yad etdiklərinə bilavasitə təsir göstərdiyini sübut edir: “Kollektiv travma yalnız gündəlik davranışları yox, həm də uzunmüddətli olaraq insanların hansı dəyərləri ön plana çıxardıqlarını müəyyənləşdirir”. Araşdırma göstərir ki, yaxşı yaşanmış həyat anlayışı yalnız fərdi seçimlərdən deyil, həm də tarixi şəraitdən, mədəniyyətin dəyişən prioritetlərindən asılıdır. İnsanlar yaxınlarını xatırlayarkən ən çox ənənələri, xeyirxahlığı və ictimai dəyərləri ön plana çəkirlər.

S.ELAY
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri