Yaxşı valideyn olmaq yaxşı həyat yoldaşı olmaqdan keçir!
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəzi valideynlər ideal ünsiyyətlə ideal valideynlik arasında əlaqəni qəbul etməkdə çətinlik çəkirlər. Hətta, belə valideynlər valideynlik rollarına o qədər köklənirlər ki, həyat yoldaşı rollarını ikinci plana keçirirlər. Halbuki bu valideynlər yaxşı valideyn olmaq üçün, ilk növbədə, yaxşı həyat yoldaşı olmaq lazım olduğunu unutmamalıdırlar. Ən azı ona görə ki, uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə yaxşı vaxt keçirsələr də, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
1. Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini əmin-amanlıqda hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq rollarında da əks etdirirlər.
2. Tərəflər arasındakı ideal ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz nəticəsiz qala bilər.
3. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda, necə deyərlər, nifrət hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək.
4. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə səbəb olur. Nəticədə, uşağın özünəinam hissində də ciddi azalma baş verir. Digər tərəfdən, ailədəki bu qeyri-sabit mühit uşağın psixologiyasına da mənfi təsir göstərir.
6. Müəyyən bir vaxtdan sonra uşaq valideynlər arasında tərəf saxlamaq məcburiyyətində qalır. Təbii ki, o, bu mərhələdə öz mənafeyini də unutmur.
6. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də, tədricən evdən uzaqlaşır.
7. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər.
Elə isə nə etməli?
- Hər şeydən əvvəl tərəflər üz-üzə oturmalı və mövcud problemləri nəzərdən keçirməlidirlər.
- Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır.
- Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız.
- Digər tərəfdən, həll olunmamış hər bir problemin başqa bir problem üçün zəmin hazırladığını da unutmamalısınız.
- Bəzən problemlərin həllində mütəxəssis köməyinə ehtiyac ola bilər. Bunun üçün ailə məsələləri üzrə bir mütəxəssisə müraciət etsəniz, daha yaxşı olar.
- Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz.
- Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.
Aygün Vəliyeva
Bu mövzuda digər xəbərlər:Ən yaxşı həyat yoldaşı bu bürclərdir
09 Yanvar 2025 13:55
Pis uşaqlıqdan sonra yaxşı valideyn olmaq mümkündür
18 Yanvar 2026 10:22
Arif Babayevin həyat yoldaşı: Səhhəti yaxşı deyil
16 İyun 2025 14:03
Milyarder ərindən boşanan Alsu: “Yaxşı həyat yoldaşı idim”
08 Mart 2025 12:32
Tacikistanda ən yaxşı həyat yoldaşı və qayınananı seçirlər...
17 Sentyabr 2026 20:27
Baxış sayı:39
Bu xəbər 28 Noyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















