Icma.az
close
up
RU
“Yay aylarında bu qədər ət yeməliyik, əks halda…” XƏBƏRDARLIQ KONKRET

“Yay aylarında bu qədər ət yeməliyik, əks halda…” XƏBƏRDARLIQ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yay aylarında ət yemək mümkündür, lakin bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. İsti havalarda bədənin həzm sistemi daha həssas olur, bu səbəbdən yağlı və qızartma üsulu ilə hazırlanmış ətlər sağlamlığa mənfi təsir göstərə bilər”.

Bu fikirləri qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında səsləndirib:

“Həftədə 2-3 dəfə qırmızı ət, quş əti və ya balıq əti yemək kifayət edir. Gündəlik olaraq 100-150 qram bişmiş qırmızı ət (məsələn, mal və ya qoyun əti) yetərlidir. Əgər toyuq və ya balıq əti istifadə olunursa, bu miqdar 150-200 qrama qədər artırıla bilər. Aktiv həyat tərzi sürən, idmanla məşğul olan şəxslərdə zülal ehtiyacı daha yüksək olur, lakin gündəlik ət qəbulu 200 qramı keçməməlidir”.

Ekspert vurğulayır ki, çox miqdarda ət, xüsusən də yağlı qırmızı ət yemək həzm sistemini yükləyir və nəticədə qəbizlik, ürəkbulanma, mədə yanması kimi problemlərə səbəb olur.

“Yay mövsümündə zəhərlənmə riski də artdığı üçün xüsusilə açıq havada saxlanılan, düzgün bişirilməyən və ya təmiz şəraitdə hazırlandığına əmin olmayan ət məhsullarından uzaq durmaq məsləhətdir.

Yayda daha çox qaynadılmış, sobada bişmiş və ya buxarda hazırlanmış ətlərin istifadəsi tövsiyə olunur. Əti tərəvəzlərlə -məsələn, pomidor, badımcan, yaşıl salat və s. ilə birlikdə yemək həzmi asanlaşdırır. Qazlı içkilər və yağlı souslarla birlikdə ət yemək isə tövsiyə olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri