Yay aylarında iştahımız niyə olmur?
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Endokrinoloq Veronika Neudakhina yay aylarında iştahın azalmasının səbəblərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o bu haqda lenta.ru-ya danışıb.
“İsti havada iştahın azalması orqanizmin həddindən artıq istiləşməsinin və susuzlaşmanın qarşısını almağa yönəlmiş cavab reaksiyasıdır. Bu vəziyyət termorequlyasiya, hormonal və fizioloji mexanizmlərin qarşılıqlı təsiri ilə tənzimlənir”, - deyə Neudakhina qeyd edib.
Həkimin sözlərinə görə, həzm prosesi zamanı bədəndə böyük miqdarda daxili istilik və enerji yaranır. Həddindən artıq istilik yığılmasının qarşısını almaq məqsədilə bədən aclıq hissini stimullaşdıran beyin sahələrinin fəaliyyətini zəiflədir. Bu isə nəticə etibarilə yayda iştahın azalmasına səbəb olur.
Aytəkin TOFİQQIZI
Baxış sayı:98
Bu xəbər 21 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















