Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Yayda ayaqlarınız şişirsə, bu xəstəlikdən xəbər verə bilər

Yayda ayaqlarınız şişirsə, bu xəstəlikdən xəbər verə bilər

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında isti havanın təsiri ilə ayaq və ayaq biləklərində yaranan şişkinliklər hər zaman zərərsiz və müvəqqəti olmaya bilər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, uzun müddət davam edən, hər iki ayaqda müşahidə olunan və barmaqla basdıqda çökəklik yaradan ödemlər ürək çatışmazlığı da daxil olmaqla, müxtəlif sistem xəstəliklərinin əlaməti ola bilər.

Trakya Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının müdiri, professor Servet Altay xüsusilə yay aylarında yaranan ayaq və ayaq biləyi şişkinliklərinin yalnız isti hava ilə əlaqələndirilməməli olduğunu bildirib.

İki ayaqda yaranan şişkinliyə diqqət

Mütəxəssisin sözlərinə görə, ürək mənşəli ödemləri digər şişkinliklərdən fərqləndirən müəyyən xüsusiyyətlər var.

“Uzun müddət keçməyən, hər iki ayaqda yaranan və barmaqla basdıqda çökəklik qoyan ödemlər ürək çatışmazlığının əlaməti ola bilər. Ürək çatışmazlığı sistem xəstəliyi olduğu üçün adətən yalnız bir ayaqda deyil, hər iki ayaqda ödem yaradır. Bu şişkinliklər gün ərzində artır, gecə uzandıqda isə azalır və barmaqla basdıqda çökəklik əmələ gətirir”, - deyə Altay bildirib.

Nəfəs darlığı olmadan da ürək çatışmazlığı mümkündür

Kardioloq ürək çatışmazlığının hər zaman nəfəs darlığı ilə müşayiət olunmadığını vurğulayıb.

Onun sözlərinə görə, sağ və sol ürək çatışmazlığının əlamətləri fərqli ola bilər. Sol ürək çatışmazlığında daha çox nəfəs darlığı müşahidə edildiyi halda, sağ ürək çatışmazlığında qarında şişkinlik və ayaqlarda ödem ön plana çıxa bilər.

Bu səbəbdən nəfəs darlığı olmayan şəxsdə də ürək çatışmazlığı mümkündür.

Ayaqlarda şişkinliyin başqa səbəbləri də var

Altay ayaq və ayaqlardakı şişkinliyin yalnız ürək xəstəlikləri ilə bağlı olmadığını da qeyd edib.

Böyrək və qaraciyər xəstəlikləri, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular, venoz və limfa dövranı problemləri, zülal itkisinə səbəb olan xəstəliklər, həddindən artıq duz qəbulu və bəzi təzyiq dərmanları da ödemə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, şişkinliyin bir ayaqda və ya hər iki ayaqda yaranması da səbəbin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

“Bir tərəfli ödemlər daha çox venoz, limfa və ya arterial qan dövranı xəstəliklərini, ikitərəfli ödemlər isə ürək, böyrək, qaraciyər və hormonal xəstəliklər kimi sistem problemlərini düşündürür”, - deyə o bildirib.

Şişkinlik uzun müddət davam edirsə, həkimə müraciət edin

Uzun müddət keçməyən ayaq şişkinliyi olan şəxslərin həkim müayinəsindən keçməsi tövsiyə olunur.

Müayinədən sonra xəstənin vəziyyətindən asılı olaraq exokardioqrafiya, qan analizləri, böyrək və qaraciyər funksiyalarının yoxlanılması, hormonal müayinələr və zərurət olduqda damarların ultrasəs müayinəsi aparıla bilər.

Ayaq şişkinliyi ilə yanaşı nəfəs darlığı, döş qəfəsində ağrı, ürəkdöyünmə və ya huş itirmə müşahidə olunarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir.

Bir ayaqda yaranan şişkinliyə ağrı və qızartı da qoşularsa, damarda qan laxtasının yaranması ehtimalı nəzərə alınmalıdır. Belə vəziyyətlərdə təcili tibbi qiymətləndirmə tələb olunur.

Mütəxəssis təkrarlanan və uzun müddət davam edən ayaq biləyi şişkinliklərinin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edib.

“Qısa müddətli ödemlərdə problem olmaya bilər. Lakin təkrarlanan və uzun müddət davam edən ayaq ödemlərində, xüsusilə kardiologiya başda olmaqla, mütləq lazımi müayinələr aparılmalıdır”, - deyə Altay bildirib.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri