Icma.az
close
up
RU
Yayda bahalaşan xiyar: Qiymətlər nə vaxt enəcək? CAVAB

Yayda bahalaşan xiyar: Qiymətlər nə vaxt enəcək? CAVAB

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda və bölgələrdə xiyarın qiyməti yüksəkdir. Hazırda xiyarın 1 kiloqramı 2 manata satılır. Sakinlər isə bildirirlər ki, yayın ortasında xiyar ucuz olmalıdır.

Bəs bu bahalaşmada səbəb nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a bildirdi ki, yayın ortasında xiyarın qiymətinin yüksək olması bir neçə amillə bağlı ola bilər.
Onun sözlərinə görə, səbəblərdən biri son aylarda hava şəraitinin qeyri-sabit keçməsi və yüksək temperaturun məhsuldarlığa mənfi təsir göstərməsidir.

"Bəzi bölgələrdə məhsulun həcminin azalması bazarda təklifin məhdudlaşmasına, nəticədə qiymətlərin artmasına səbəb olur. Digər amil istehsal xərclərinin artmasıdır. Suvarma, gübrə, yanacaq, nəqliyyat və əmək xərclərinin yüksəlməsi məhsulun maya dəyərini artırır və bu da satış qiymətlərinə təsir edir. Eyni zamanda, bəzi təsərrüfatlarda yaz mövsümünün məhsulu başa çatdığı, açıq sahələrdə yetişən məhsul isə hələ bazara tam həcmdə çıxmadığı üçün bazarda müvəqqəti təklif çatışmazlığı yarana bilər".

Akif Nəsirlinin sözlərinə görə, əgər yaxın həftələrdə açıq sahələrdən məhsul tədarükü artsa və hava şəraiti əlverişli keçsə, bazarda təklif çoxalacaq və xiyarın qiymətində tədricən ucuzlaşma müşahidə oluna bilər:

"Buna görə mövcud bahalaşmanın daha çox mövsümi və bazardakı tələb-təklif balansı ilə əlaqəli olduğu qiymətləndirilir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri