Icma.az
close
up
RU
Yayda balıq yemək olmaz?

Yayda balıq yemək olmaz?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında dəniz kənarı restoranlar və balıq evləri sakinlərin əsas istirahət məkanlarından birinə çevrilir. Lakin bu mövsümdə balıq yeməyin sağlamlıq baxımından riskli ola biləcəyi ilə bağlı narahatlıqlar da mövcuddur. Bəs həqiqətən də, yayda balıq və balıq məhsulları yemək təhlükəlidir?

Qida eksperti İlkin Şirinov Metbuat.az-a açıqlamasında bildirib ki, bu fikirlərin heç bir elmi əsası yoxdur. Gerçək səbəb odur ki, iyun- avqust ayları balıqların inkubasiya dövrünə, yəni kürütökmə vaxtına təsadüf edir. Bu dövrdə balıq ovuna qoyulan qadağalar sırf nəsil artımını qorumaq məqsədi daşıyır:

“Digər tərəfdən, isti havalarda istər balıq, istərsə də digər ət məhsullarının saxlanma şəraitindən asılı olaraq insan sağlamlığına ziyanı qaçılmazdır. Yay aylarında daşınma zamanı buzlu balıqların və digər məhsulların soyuducusu olmayan və ya soyuducu sistemi zəif olan maşınlarda daşınması məhsulların tərkibində dəyişikliklərə səbəb ola bilər. Qida zəncirindəki bu soyutma prinsiplərinin pozulması nəticəsində məhsul bir dəfə donur, sonra əriyir, sonra isə yenidən dondurularaq satışa çıxarılır ki, bu da tərkibin pozulmasına, keyfiyyətin aşağı düşməsinə və insan sağlamlığı üçün təhlükə yaranmasına səbəb ola bilər. Bundan başqa, məhsulların saxlanma şəraiti də normaya uyğun olmalıdır. Əgər soyuducunun temperaturu göstərilən normadan aşağıdırsa və buz əriyib sonra yenidən donubsa, bu da məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Bu tip məhsullar satışda olduqda artıq onların tərkibi dəyişmiş olur”.


İ.Şirinov xüsusilə havaların bir qədər soyuduğu dövrdə, bəzi işbazların metroların, bazarların qarşısında soyuducusuz piştaxtalarda balıq satışının həyata keçirilməsinə də toxunub:

“Bu zaman ətraf mühitin toz-torpağı, hava çirkliliyi və çarpaz çirklənmə riski artır. Nəticədə bu cür şəraitdə satılan balıqlar keyfiyyətini itirir və zəhərlənmələrə səbəb ola bilər. Qısası, balıqdan zəhərlənmənin əsas səbəbləri onun düzgün saxlanmaması, daşınma və satış şəraitinə əməl olunmaması ilə bağlıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri