Yayda burun qanaxmaları niyə artır? Vacib məsləhətlər
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yay aylarında havanın temperaturunun artması, rütubətin azalması və kondisionerlərdən istifadə burun daxilində quruluq yaradır.
Medicina.az xəbər verir ki, qulaq, burun və boğaz mütəxəssisi Ahmet Sacit Özbay bu səbəbdən yayda burun qanaxmalarına daha tez-tez rast gəlindiyini bildirib.
Həkimin sözlərinə görə, burun qanaxmasına buruna dəyən zərbə, burun çəpərinin əyriliyi, burnu qarışdırmaq, yüksək qan təzyiqi, qan durulaşdırıcı dərmanlar və bəzi qan xəstəlikləri də səbəb ola bilər.
Burun qanayanda nə etmək lazımdır?
Mütəxəssis aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
- Panikaya düşməyin.
- Dik vəziyyətdə oturun və başınızı önə əyin.
- Burnun yumşaq hissəsini iki barmağınızla 15 dəqiqə fasiləsiz sıxın.
Həkim qeyd edir ki, insanların ən çox etdiyi səhv başı arxaya əymək və ya burnun yuxarı hissəsini sıxmaqdır. Bu üsullar qanaxmanı dayandırmağa kömək etmir.
Əgər qanaxma 15 dəqiqədən sonra da dayanmazsa, tez-tez təkrarlanarsa və ya yüksək təzyiq, qan durulaşdırıcı dərman qəbulu kimi hallar varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Yay aylarında burun qanaxmasının qarşısını almaq üçün günəşin ən isti saatlarında uzun müddət çöldə qalmamaq, burun daxilini nəm saxlamaq və lazım gəldikdə qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















