Icma.az
close
up
RU
Yayda hansı qidalar daha təhlükəlidir? Ekspertlərdən vacib xəbərdarlıq

Yayda hansı qidalar daha təhlükəlidir? Ekspertlərdən vacib xəbərdarlıq

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər “soyuq zəncir” prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prinsipə əməl olunmasını təmin etməyə çalışır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, AİB-nə tez-tez şikayətlər daxil olur ki, yeni alınmış, son istifadə tarixinə hələ vaxt olan yoqurt və digər süd məhsulları göyərib və ya xarab olub:

“Bu, soyuq zəncir prinsipinin haradasa mütləq pozulduğunu göstərir. Təəssüf ki, AQTA bütün satış nöqtələrinə eyni dərəcədə tam nəzarət edə bilmir. Mən AQTA yanında İctimai Şurada 2 il fəaliyyət göstərərkən təklif vermişdim ki, mağazaların soyuducu sistemlərində monitorinqlər aparaq. Çünki bəzi mağazalar elektrik enerjisinə qənaət etmək üçün soyuducuları lazımi temperaturda saxlamırlar, nəticədə qidalar tez xarab olur. Bəzən isə məhsullar elə anbarların özündə xarab vəziyyətdə saxlanılır. Xüsusilə yay mövsümündə süd məhsulları ilə bağlı şikayətlərin sayı kəskin artır. Marqarita pizza

Qida təhlükəsizliyi standartlarına əməl olunmasına AQTA və onun müvafiq strukturları nəzarət edir. Məhsullar bəzən dövlət standartları (AZS, QOST) ilə deyil, müəssisənin fərdi Texniki Şərtləri (TŞ) əsasında buraxılır. İstehlakçılar mal alarkən üzərində “TŞ” yazılıbsa, bilməlidirlər ki, bu, fərdi müəssisə standartıdır. Üzərində “AZS” (Azərbaycan Standartı) və ya “QOST” nişanı olan məhsullar isə vahid dövlət və dövlətlərarası standartlara tam uyğundur”.

E.Hüseynov qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır:

“Bəzi kiçik marketlərdə və meyvə-tərəvəz dükanlarında, eləcə də metro çıxışlarında heç bir etiketi olmayan, harada və necə istehsal olunduğu bilinməyən qidalar satılır. Bunlar ciddi təhlükə mənbəyidir və satışa götürülməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır. AQTA bu cür gizli istehsalçıları aşkar etməli və belə halların qarşısını almalıdır.

İstehlakçılar həmçinin bilməlidirlər ki, xaricdən gələn bəzi malların (xüsusilə kolbasa, sosiska və süd məhsullarının) saxlama müddətini uzatmaq üçün onlara daha çox kimyəvi qatqılar vurulur. Ona görə də yerli məhsullara üstünlük verilməsi daha məqsədəuyğundur. Keçmiş iqtisadiyyat nazirinin məşhur bir sözü var: 'Hamı yerli mal alsın, xeyir vətənə qalsın!”

Qida eksperti Ağa Salamovun sözlərinə görə, yay mövsümündə marketlərdə demək olar ki, bütün məhsullar risk altındadır. Lakin ən riskli məhsullar ət, toyuq, balıq, yumurta və süd məhsullarıdır:

“Məsələn, marketlərdə havaların istiləşməsi ilə bağlı kolbasa məhsullarına xüsusi diqqət yetirilməlidir. Çünki bəzi hallarda soyuducu sistemləri kifayət qədər effektiv olmur və lazımi temperatur təmin edilmədikdə kolbasalarda kiflənmə və xarab olma halları baş verə bilər. Market sahibləri bu cür məhsulların saxlanılmasına daha ciddi nəzarət etməlidirlər.

Süd məhsulları və dondurmalar da xüsusi diqqət tələb edir. Bəzən dondurmalar soyuducudan çıxarıldıqdan sonra cihazın qapısı açıq qalır və temperatur yüksəlir. Bu zaman məhsul qismən əriyir və yenidən donur. Bu proses təkrarlandıqca məhsulun mikrobioloji keyfiyyəti pisləşir və istehlakçı üçün risk artır. Ona görə də dondurucuların temperatur rejimi düzgün tənzimlənməlidir.

Diqqət yetirilməli məqamlardan biri də qablaşdırmanın vəziyyətidir. Dondurma və digər dondurulmuş məhsullar alınarkən qablaşdırması deformasiyaya uğramış məhsullardan çəkinmək lazımdır.

Ət məhsullarına gəlincə, yay mövsümündə xüsusi diqqət tələb olunur. Bəzi marketlərdə ət məhsulları doğranarkən uzun müddət otaq temperaturunda qalır ki, bu da yol verilməz haldır. Belə məhsullar dərhal soyuducuya yerləşdirilməlidir”.

Ekspert qeyd edib ki, marketlərdə həşərat və gəmiricilərə qarşı dezinfeksiya və dərmanlama tədbirləri mövsümdən asılı olmayaraq mütəmadi şəkildə aparılmalıdır:

“Toyuq və balıq məhsulları alınarkən isə istehlakçılar məhsulun rənginə, qoxusuna və səthində şirə və ya yapışqanlıq olub-olmamasına diqqət etməlidirlər. Bu əlamətlər məhsulun keyfiyyətinin pisləşdiyini göstərə bilər”.

Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri