Icma.az
close
up
RU
Dostunuza deməməli olduğunuz ifadələr Ekspertlərdən xəbərdarlıq

Dostunuza deməməli olduğunuz ifadələr Ekspertlərdən xəbərdarlıq

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dostluq mənəvi rahatlıq, sevinc və dəstəyin ən vacib mənbələrindən biridir. Lakin bəzən ən səmimi dostluqlar belə, dostun fikrinə və hisslərinə etinasızlığı göstərən düşünülməmiş ifadələr ucbatından zədələnə bilər. 
Demokrat.az
xəbər verir ki, "Huffpost" nəşri psixoloqların fikirlərini toplayaraq ünsiyyətdə hansı ifadələrdən çəkinməyin vacib olduğunu açıqlayıb.
"Vay, sənə nə yaxşıdır!" - Bu cür ifadələr dost həyatındakı uğurlar və ya xoş hadisələr barədə danışanda gizli inciklik, paxıllıq və ya qısqanclığı yaxşı maskalamır. Əgər dostunuz işdə yüksəliş əldə etdiyini deyirsə, passiv-aqressiv eyhamlar vurmaq əvəzinə, onun səylərinin qarşılığını aldığını səmimi şəkildə təbrik etmək daha düzgündür.
"Necə istəyirsənsə, elə et" - Bu ifadə zahirən dəstək kimi səslənsə də, çox vaxt dostun sizin fikrinizlə razılaşmamasından doğan əsəbiliyi gizlədir. Əgər baxışlarınız üst-üstə düşmürsə, bunu açıq şəkildə etiraf etmək, sarkazm və ya passiv aqressiyaya yol verməmək daha sağlamdır.
“Sakit ol, bu zarafat idi!” - Əgər zarafatlarınız kimisə incidirsə, problem dostda yox, zarafatın özündədir. Bəzən niyyəti incitmək olmayan uğursuz zarafatlar da ola bilər. Amma iradları bilərəkdən zarafat formasına salıb dosta təqdim etmək qətiyyən düzgün deyil.
“Sən buna həddindən artıq reaksiya verirsən” - İnsan nəyəsə güclü reaksiya göstərirsə, bu, həmin vəziyyətin onun üçün nə qədər önəmli olduğunu göstərir. Dostun reaksiyasını kiçiltmək, əslində onun fikrini də dəyərsizləşdirmək deməkdir.
“Görünür, mənim nə düşündüyüm sənə maraqlı deyil” - Bu cümlə dostda günahkarlıq və utanc hissi yaratmağa yönəlmiş, pis gizlədilmiş bir cəhddir. Psixoloqlar narazılığı birbaşa, lakin təmkinlə ifadə etməyi tövsiyə edirlər. Amma bunu üstüörtülü şəkildə etmək doğru deyil.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri