Yayılan iddiadan sonra “Qarabağ” azarkeşləri futbolçunun səhifəsinə “hücum” etdilər FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Transfer mövsümü olduğu üçün klubların adı müxtəlif oyunçularla birgə hallanır.
İdman.Biz xəbər verir ki, yeni iddialardan biri də Portuqaliyanın “Akademiko de Viseu” klubunun hücumçusu Ande Klovislə bağlıdır.
Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun çox istədiyi 28 yaşlı hücumçu üçün şərtlərə yenidən baxılacağı və ilk hədəfin oyunçunu birdəfəlik transfer etmək olduğu bildirilir. Transferdən əlavə yarım mövsümlük icarə də diqqət mərkəzindədir.
Qeyd edək ki, bu iddiadan sonra “Qarabağ” komandasının azarkeşləri Klovisin sosial şəbəkə hesabına “hücum” çəkiblər. Azarkeşlər paylaşımlara yüzlərlə şərh yazaraq hücumçunun “Qarabağ”a gəlməsini istəyiblər.
Xatırladaq ki, bu gün Qurban Qurbanov keçirdiyi mətbuat konfransında transferlə bağlı sualı cavanlandırarkən yanvar ayında komandaya futbolçu gəlməyəcəyini və heç kimin ayrılmayacağını düşündüyünü deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















