Icma.az
close
up
RU
Yazda allergik xəstəliklərə qarşı nə etməli? Diaqnoz Tibb Mərkəzinin allerqoloqundan tövsiyələr

Yazda allergik xəstəliklərə qarşı nə etməli? Diaqnoz Tibb Mərkəzinin allerqoloqundan tövsiyələr

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Yazın gəlişi ilə əlaqədar bir çox insanlarda asqırma, öskürmə kimi allergik reaksiyalar müşahidə edirik. Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Məlumat üçün bildirək ki, mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır. Məlum şikayətləri olan şəxslər mütləq allerqoloqa müraciət etməli, problemlərini dəqiqləşdirməlidirlər: 

Mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir. 

Diaqnoz Tibb Mərkəzinin Həkim-Allerqoloqu Şahvələd Məmmədov "Unikal"a bildirib ki, bunun səbəbi yaz fəslində ağacların çiçəkləməsidir.

Onun sözlərinə görə, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən yaz aylarında allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. İnsanlar vaxtında həkimə müraciət etməlidirlər ki, bu dövrü yüngül keçirə bilsinlər: “Orqanizmimizdə baş verən proseslər özünü allergik rinit, allergik dermatit, allergik konyunktivit və daha fərqli formalarda göstərə bilər. Allergik rinit mövsümi xarakter daşıyır, yaz-payız, xüsusən də yaz aylarında olur. Amma il boyu allergik rinit də mümkündür. Xəstəliyin növündən asılı olaraq ya mövsümi, ya da il boyu müalicəyə ehtiyac var. Mövsümi allergik rinitdə pasiyentlər hər il yaz və payız başlamadan dərman müalicəsi almalıdırlar. Ortalama müalicə 20 gündür. Mövsüm başladıqdan sonra müalicə gedərsə, effekti daha zəif olur. Yəni allergik təzahürlər azalır, lakin burun rahatlamır. Ona görə də müalicə vaxtında başlamalıdır”. 

Allerqoloqun fikrincə, həkim məsləhəti olmadan allergiyaya qarşı sprey istifadə etmək həyatımızı təhlükəyə atmaq deməkdir: “Burun spreylərinin növləri çoxdur. Əksəriyyəti heç allergiya zamanı istifadə olunmamalıdır. Hətta bəzisinin 2-3 gündən artıq istifadə edilməsi qadağandır. Xəstələr həkim məsləhəti olmadan aptekdən istənilən spreyi alırlar və istifadə edirlər. Bəzən o dərəcədə çox istifadə edirlər ki, dərmandan asılılıq yaranır. Bu zaman əlavə təsirlər, problemlər üzə çıxır. İnfarkt, insult yaradanları da mövcuddur. Gözün dərinliyinə təsir edir, boğulma halları yaşanır. Bu xəstələr sonradan allergiya ilə bağlı müalicə aldıqda onlarda dərmana qarşı dözümlülük olur. Bu zaman müalicə effekt vermir. Çünki zamanında düzgün müalicə almayıblar. Ona görə də, sprey almamışdan öncə mütləq həkimə müraciət etmək lazımdır”. 

Allergiyalı xəstələr hansı qidalardan çəkinməlidirlər?

O da vurğulanıb ki, bu mövsümdə ən çox qida allergiyalarına da rast gəlinir. Ümumiyyətlə, dünyada təxminən 100 qidaya qarşı allergiyanın yarandığı sübut olunub. Allerqoloq onu da əlavə edib ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər.
Beləliklə, xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edərək allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri