Icma.az
close
up
RU
Yazda kəskinləşən allergiya Hansı fəsadları ola bilər?

Yazda kəskinləşən allergiya Hansı fəsadları ola bilər?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaz mövsümü bəzi insanlar arasında bir sıra allergik qıcıqlanmalar yaradır. Belə ki, bəzi insanlarda dəri qaşıntıları, bəzilərində burun axmaları kimi özünü biruzə verir.

Maraqlıdır, bu mövsümdə insanlar necə qorunmalıdır?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Həkim Allerqoloq Nicat Əfəndizadə qeyd edib ki, yaz fəsli ilə əlaqədar olaraq bitki və ağaclarda çiçəklənmə dövrü başlayır.

"Bu proses əsasən fevral ayının sonundan, mart ayından etibarən başlayır və iyun ayına qədər davam edir.

Bu müddət ərzində polinə qarşı allergiyası olan şəxslərdə müxtəlif əlamətlər müşahidə olunur. Bu əlamətlərə burun axıntısı, qaşınma, asqırma tutmaları, göz yaşarması, gözlərdə və udlaqda qaşınma hissi daxildir.

Ən çox şikayətlər səhər saatlarında olur. Çünki səhərlər polenlərin havadakı miqdarı (pik səviyyə) yüksək olur. Buna görə də belə şəxslərə səhər tezdən açıq havada uzun müddət qalmaq tövsiyə edilmir".

Həkim tövsiyə olunan qoruyucu tədbirlərdən də söz açıb: "Evdən çıxarkən baş örtüyü və kepka geyinmək, gün eynəyindən istifadə etmək, maska taxmaq, eyvanda vaxt keçirməmək, günün ilk saatlarında evin qapı və pəncərələrini bağlı saxlamaq, avtomobildə pəncərələrin bağlı olmasına diqqət yetirmək qoruyucu tədbirlərin ən yaxşılarından sayılır.

Müalicə baxımından isə ilk növbədə diaqnostik məqsədlə mütəxəssisə müraciət etmək lazımdır. Analizlər vasitəsilə səbəbkar alergen təyin olunur. Bu məqsədlə prick testlər və ya qandan yoxlanılan spesifik immunoqlobulin E - tənəffüs paneli vasitəsilə allergiyanın səbəbkarı müəyyən edilir".

O vurğulayıb ki, təyin olunmuş alergenə uyğun olaraq köklü müalicə tətbiq olunur.

"Bu, əlbəttə ki, uzunmüddətli və ciddi bir müalicədir. Eyni zamanda, simptomatik dərman müalicəsi də mümkündür. Bu zaman sırf mövsümi xarakter daşıyan allergik şikayətlər zamanı istifadə olunan dərman preparatları qəbul edilir. Şikayətlər keçdikdən sonra dərman müalicəsi dayandırılır.

Burada diqqət edilməli vacib məqam odur ki, bu cür şikayətlər öncə yuxarı tənəffüs yollarında müşahidə olunsa da, zamanla aşağı tənəffüs yollarına - bronxial astma şəklində ağırlaşmalara səbəb ola bilər. Bu zaman boğulma tutmaları, təngnəfəslik, öskürək kimi əlamətlər ortaya çıxa bilər.

Bu səbəbdən, belə şikayətləri olan və ya bu əlamətləri özündə hiss edən pasiyentlər diqqətli olmalı və müalicəyə erkən mərhələdə başlamalıdırlar",- deyə o əlavə edib.

Allergiyanın kəskinləşməsi, vaxtında müalicə edilməməsi burun-boğaz sistemində hansı ağırlaşmaları yaradır?

Bu barədə Trend-ə danışan Həkim Otorinolorinqoloq Kamil Süleymanov bildirib ki, yaz fəslində allergik rinit və ona bağlı burun-boğaz simptomları çox geniş yayılmışdır. Bu vəziyyətin səbəbi əsasən polenlər, ot tozları, ağac çiçəkləri və digər aeroallergenlərdir.

Həkim allergiyanın burun-boğazda yaratdığı fəsadlardan da danışıb:

"Əsas əlamətlər burun tutulması, axıntı (xüsusilə şəffaf), asqırma tutmaları, qıcıqlanma və qaşınma (burun, boğaz, qulaqda), boğazda axıntı hissi (postnazal drip), qoxu hissinin zəifləməsi kimi problemlər allergiyanın yaratdığı fəsalara aitdir.

Xroniki burun tıxanıqlığı - yuxu keyfiyyətini və gündəlik fəaliyyəti pozur, Postnazal axıntı və faringit - boğazda yanma, qıcıqlanma və öskürək , Sinusit - allergiyaya bağlı ödem sinus kanallarını bağlayaraq bakterial infeksiyaya zəmin yaradır. Xüsusilə uşaqlarda Adenoid hipertrofiyası baş qaldırır. Eustachian borusu disfunksiyası və orta qulaqda təzyiq problemi / maye yığılması, astma və bronxial hiperreaktivliklə əlaqə - xüsusilə müalicə olunmayan allergik rinit astma riskini artırır",- deyə o əlavə edib.

Cərrahi müdaxilə nə zaman lazımdır?

Həkim vurğulayıb ki, cərrahiyə yalnız konservativ müalicəyə cavab verməyən hallarda düşünülür:

"Allergiya müalicə olunmadıqda daima burun tıxanıqlığı ilə yuxu pozuntusu, yorğunluq, geri axıntıya bağlı xroniki faringit və larengit, ikincili bakterial sinusit və otitlər, astma riskinin artması, uşaqlarda diş və çənə deformasiya, nitq pozuntuları, yuxuda ağızla nəfəsalmaya səbəb olur", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 May 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri