Yazıçı nazirə müraciət etdi: Yazı pozu adamlarına verilən dəstəyi təqdir edirəm Əlimdə kütləvi nəşrini gözləyən 7 kitab var
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bəzi yazıçı və tərcüməçi həmkarlarımın kitablarını kitabxanalar üçün almasına sevindim. Nazir Əbülfəz Qarayevin dövründə mənim də nazirliyə belə müraciətim olub, amma təəssüf ki, müsbət cavablandırılmayıb. İndiki nazir Adil Kerimlinin bu addımını alqışlayır, yazı-pozu adamlarına verilən dəstəyi təqdir edirəm".
Mia.az xəbər verir ki, bu sözləri yazıçı Nadir Qocabəyli sosial media hesabında yazıb.
Onun sözlərinə görə, nazirlik onun da kitablarını alsa, minnətdar olar:
"Hazırda əlimdə kütləvi nəşrini gözləyən 7 kitab var:
1. Karl Marks, Fəlsəfənin yoxsulluğu;
2. Qabriel Qarsia . Markes, Yüz illik yalqızlıq:
3. Qabriel Qarisa Markes, Avqustda görüşənədək;
4 Viktor Pelevin, Çapayev və Boşluq:
5. Nadir Qocabəyli, Bir baltanın şikəstəsi;
6. Nadir Qocabəyli, Şirin və Sirun:
7. Nadir Qocabəyli, Son hekayələr (ad şərtidir).
Bu kitabların oxuculara daha əlçatan olması üçün kitabxanalar üçün alınması bədii sözə, ədəbiyyata, sənətə, yazıçıya müəyyən dəstək olardı.
Bunun üçün xüsusi müraciətə ehtiyac varsa, onu da edərəm. Ancaq ümid edirəm ki, nazirliyin əməkdaşları və səlahiyyətli nümayəndələri postumdan xəbər tutacaqlar".
Samir
MİA.AZ
Baxış sayı:55
Bu xəbər 14 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















