Icma.az
close
up
RU
Yazıq hərflər, nöqtələr, vergüllər...

Yazıq hərflər, nöqtələr, vergüllər...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizə həmişə elə gəlir ki, yazıq yalnız canlılar ola bilər. Məsələn, bədbəxt bir hadisənin qurbanı olan adama ürəyimiz yanıb, yazıq demişik. Bir xəstəlikdən əziyyət çəkən insan üçün ürəyimiz sızlayıb, yazıq, demişik. Valideynini itirmiş bir körpə üçün, yazıq, demişik. Çünki bu, insanpərvərlikdən gəlir. Axı biz insanıq. Bir-birimizə yanmasaq, bəs halımıza kim yanacaq?

Yazıq sözünü bir də təəssüf edərkən söyləyirik. Məsələn, birinin ağlı qaçanda, ağlına gələni danışanda, deyirik ki, yazıq, niyə bu günə düşüb?

Biz bəzən elə ürəyiyanar oluruq ki, heyvanlara da yazığımız gəlir. Yazıqdırlar deyib, onlar üçün yem alırıq, müəyyən yerlərə su qoyuruq. Məsələn, bir pişiyin küçədə axsadığını görəndə “yazıqdır”,- deyib ona yardım etməyə çalışırıq. Bir qanadı qırılmış quşun yerdə əziyyət çəkdiyini görəndə yenə də “yazıqdır”,- deyib yardım etməyə çalışırıq ki, ölməsin, həyata qayıtsın. Bir evdə quşu qəfəsdə görəndə deyirik ki, nə insafsızdır bunlar, yazıq deyil, quşu niyə qəfəsə salırsınız ki?.. Balıqları akvariumda görəndə də eyni hisslərı yaşayırıq ki, yazıqlar burada oksigensiz qalıb öləcəklər.

Bəli, ətrafımızda canlı nə varsa, onun üçün təhlükə yaranan an “yazıq”,- deyib xilasına qaçırıq. Çünki özümüz də canlıyıq və hər bir canlının düşdüyü yazıq vəziyyətinə biz də düşə bilərik.

Lakin tək canlılar yazıqdırmı? Heç bu barədə düşünən olubmu? Vallah, son dövrdə bəzi mətbuat orqanlarında oxuduğumuz yazılar və yaxud bəzi dövlət qurumlarında rastlaşdığımız sənədlər olur ki, bax, əsl yazığın hərf, nöqtə və vergüllərin olduğunu söyləyir.

Nə olar ki, cansız olanda. Cansız olanda adam ona bu qədər məsuliyyətsizliklə, necə gəldi yanaşar? Bir mətn oxuyursan, həm də adi mətn yox, xəbər, məqalə, məktub, deyirsən, İlahi, nə səbəbdən insanlar bu qədər aclıqla qarşılaşıb, bu hərfləri yeyib, üzərindən də su içiblər... Hələ nöqtə və vergülləri, digər durğu işarələrini demirık. İndi müasir gəncliyin bəzi nümayəndələri necə ki, əyin-başında, danışığında, davranışında dəblə gedir, dilimizin qrammatikasına da əl gəzdirib, onu dəblə ayaqlaşmağa vadar ediblər. Odur ki, ta durğu işarələri dəbdən düşüb. Onlara ehtiyac duyulmur. Vergüllər ümumiyyətlə, unudulub, nöqtə də ki, yada düşəndən düşənə qoyulur.

Beləliklə də oxuduğumuz xəbər, məqalə və məktublardan əsla baş açmayıb, başlayırıq yenidən oxumağa. Öz gücümüzə bir şey başa düşdük, düşdük, düşmədiksə, atırıq bir kənara. Yəni deməyim odur ki, tək canlılar yazıq deyil. Onlardan da yazığı var, bunlar da hərf, nöqtə və vergüllərdir.

Düşünürsən ki, bax bu qrammatikamızın nə günahı var ki, insanlar onu bu günə qoyurlar? Ay qardaşlar, ay bacılar, yaza bilmirsiniz, gedin, bildiyiniz işlə məşğul olun da. Yaza bilmirsiniz, nöqtənin harada, vergülün harada olacağını bilmirsinizsə, nə gəzirsiniz mətbuatda, nə gəzirsiniz dövlət qurumlarında? O qədər özəl işlər var ki, gedin başınızı salın aşağıya, özünüzə uyğun bir işlə məşğul olun da...Yazıq deyil bu hərflər, nöqtə və vergüllər? Nədir onların günahı?

Hə, indi bəlkə onu da arzulayanlar var ki, nə olardı, Allah, elə bir qurğu olardı, bu hərfləri, nöqtə və vergülləri “kışlayıb” öz yerlərinə qovalayardı. Belə görürəm ki, onu da tapıb ortaya çıxaracaqlar. Necə ki, yerində olmayanlar var...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:325
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri