Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

O uzaq, yazıq ada!

O uzaq, yazıq ada!

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müstəmləkə xalqlarına qarşı cinayət və... cəzasızlıqCOP29 çox məzmunlu və rəngli bir platformadır. Dünyadakı bütün mədəniyyətlər burada cəmləşib. Bəli, Bakı çoxdan sivilizasiyalararası dialoqun mərkəzidir. COP29 da bunu bir daha sübut etdi. Müxtəlif irqlər, müxtəlif millətlər, xalqlar, fərqli dini insnc daşıyıcıları, ən uzaq ekzotik koloritlərə qədər hər cür kültür bir arada cəmləşib, fərqli dillərdə eyni fikri ifadə edirlər. Qədim Bakıda dünyanın gələcəyi qurulur, Yer kürəsinin dörd bir yanında insanların varlığını təhdid edən problemlərdən çıxış yolları axtarılır.

Əsas hədəf məlumdur; qlobal temperaturu 1,5 dərəcə C altında saxlamaq. Bunun üçün də 1 trilyon ABŞ dolları dəyərində maliyyə tələb olunur. Təklif də bəllidir: inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərin iqlim adaptasiyası üçün maliyyə öhdəlikləri götürməli və bu, cari gündəlik olaraq həyata keçirilməlidir.

Bunlar və bir çox başqa məsələlərin həlli konfransın əsas hədəfləri olaraq müəyyən edilib. COP29 qlobal iqlim məsələlərinə həsr olunmuş konfrans olaraq, elə iqlim kontekstində bərabərsizliyi və bəzi qlobal aktorların ədalətsiz yanaşmalarını da ortaya qoyur. Bu yanaşmalara qarşı vahid mövqe və iradə formalaşdırmağa çalışır.

Bu baxımdan, kiçik ada dövlətlərinin ayrıca sammitinin keçirilməsi çox mühüm məna daşıyır. Azərbaycanın bu təşəbbüsü çox maraqlı və faydalı oldu.

Qısa haşiyə çıxaraq, onu deyim ki, Azərbaycan özü də cəmi 33 ildir ki, müstəqilliyini əldə edib. Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycanın ekoloji problemləri çox kəskin idi. Ancaq hər hansı ekoloji proqramı İttifaq hökumətini razılığı və maliyyə dəstəyi olmadan həyata keçirmək mümkün deyildi. Çünki Azərbaycanın sərvətlərinə, iqtisadiyyatına İttifaq Mərkəzi nəzarət edirdi. Ordan icazə və maliyyə verilsə, iş görülürdü, verilməsə yox. İndi isə Azərbaycan nəinki öz qərarlarını özü verir, hətta qlobal miqyaslı problemlərin həlli üçün platformalara ev sahibliyi edir.

Sovetlər zamanını, əslində, səbəbsiz yerə xatırlatmadım. Kiçik dövlətləri, xüsusilə, kiçik ada ölkələrini bu gün də müstəmləkə altında saxlayan, həmin ölkələrin sərvətlərini sümürən, xalqlarını əsarətdə saxlayan böyük dövlətlər var. Bu kiçik ada dövlətləri səsini gərəkli ünvanlara çatdırmaqda əziyyət çəkir. Hətta buna görə repressiya da olunur.

Məsələn, “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell jurnalistlərə açıqlamasında deyib ki, Karib dənizində yerləşən Saint Martin adasından gəlib: "Bu ada qismən Niderland Krallığı, qismən isə Fransa tərəfindən idarə olunur. Yəni, biz Karib dənizində Avropadakı administrasiya ilə idarə olunan xalqıq. Kolonializm baxımından Fransa və Niderlandın idarəsində olan cəmiyyətik".

Avropanın birdən-birə iki dövlətinin müstəmləkəsi altında inləyən xalqı təsəvvür edin. Rhoda Arrindellin elə təkcə iqlim dəyişikliklərinin fəsadları ilə bağlı şərhi bütün mənzərəni göz önündə canlandırır.

O deyir: "Məsələn, biz özümüz təbii fəlakətlərdən sonra bərpa prosesinin necə olacağına qərar verə bilmirik. Bir fırtınadan sonra pulsuz yardıma belə ehtiyacımız olarsa, bərpa işləri üçün hansı mənbələrdən istifadə edəcəyimizə özümüz qərar verə bilmirik. Fransa Respublikası və ya Niderland Krallığının çərçivələrinə uyğunlaşmalıyıq. Çox vaxt Avropa ölkəsinin maraqları Karib xalqının maraqları ilə üst-üstə düşmür, buna görə də biz onların iradəsindən asılı vəziyyətdə qalırıq".

Bəli, müstəmləkəçiliyin yaratdığı ağır vəziyyət, acı reallıq budur: əsarət altında olan bir xalqın hətta təbii fəlakətlərdən qorunmaq üçün öz hüququ yoxdur; müstəmləkəçi (konkret halda Fransa və Niderland) onu istəsə qoruyar, istəməsə yox.

Kiçik ada dövlətlərinin toplantısında Baham adalarının baş naziri Filip Devisin sözləri bu baxımdan çox təsirli idi. O dedi: "Bizim xalqımızın da həyatda qalmaq hüququ var".

Bəli, kiçik ada dövlətlərində yaşayan xalqların hazırda ən başlıca qayğısı məhz həyatda qala bilməkdir. Çünki qlobal istiləşmə nəticəsində Okeanın səviyyəsi qalxır və ada ölkələrinin yaşayış məskənləri, əkin sahələri, mədənləri, iş yerləri və sair su altında qalır. İnsanların həyatı təhlükə altındadır. Bir çox insanlar bu əraziləri tərk etməyə, materik ölkələrinə getməyə məcbur qalır. Tendensiya artıq hiss olunur. Ona görə də Qrenadanın baş naziri xəbərdar edir ki, dünya kütləvi "iqlim qaçqınları" axını ilə üzləşə bilər. Başqa sözlə, əgər böyük, zəngin dövlətlər kiçik, yoxsul dövlətlərə, xüsusilə, kiçik ada ölkələrinə iqlim adaptasiyası üçün tezliklə gərəkli yardımı göstərməsələr, bu adalardakı xalqların böyük köçünə məruz qalacaqlar. Hərçənd bu xalqlar öz Vətənlərini heç bir ölkəyə dəyişmək istəmirlər, sadəcə, həyatda qalıb-qalmamaq dilemması qarşısında qalanda getməkdən başqa çarə qalmır.

Burda çox paradoksal, həm də amansız bir reallığa da diqqəti cəlb etmək istərdim: neokolonializm siyasətini yeridən ölkələr, məsələn, həmin o Fransa əsarətdə saxladığı adaların təbii sərvətlərini sümürür, bu ərazilərin təbii fəlakətlərlə üzləşdiyini görür (özü də bunun səbəbkarları arasındadır), ancaq bu xalqları xilas etmək üçün heç bir əməli addım atmaq da istəmir. Üstəlik miqrasiya şərtlərini də davamlı olaraq sərtləşdirib, ona pənah aparanları qapıdan qaytarır. İldə nə qədər miqrant Avropanın, o cümlədən, Fransanın sahil sularında boğulub ölür. O miqrantlar arasında həmin müstəmləkə altındakı adaların da sakinləri, ada dövlətlərinin vətəndaşları var. Bu, sərvətini taladığı xalqları göz görə-görə ölümə tərk etməkdir. Budur "mədəni" Fransanın əsl siması.

Baxın, “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell xalqının fəryadını dünyaya çatdırmaq üçün nə deyir: “Açıq şəkildə ifadə etmək istəyirəm ki, biz artıq çox yorulmuşuq. Koloniya statusunda olduğumuz üçün səsimizi ucaltmağa çalışdıqda, Niderland Krallığı və ya Fransa Respublikası bunu “daxili məsələ” kimi göstərir və beləliklə, bizim səsimiz boğulur".

Avropanın, xüsusilə, Fransanın və Niderlandın müstəmləkəsi altında olan 17 belə ərazi var. Bu ərazilərdə yaşayanların hamısının səsi Saint Martində olduğu kimi boğulur. Ancaq bu səsləri Azərbaycan dövləti eşidir, o xalqlara kömək əlini uzadır.

Azərbaycan prezidenti İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin ayrıca sammitindəki çıxışı da bunu bir daha sübut edir. Prezident kiçik ada dövlətlərinə Azərbaycanın bundan sonra da dəstək göstərcəyini söylədi və bu, əzilən xalqlar üçün bir ümid işığıdır.

Xüsusilə, Fransanın müstəmləkəçilik siyasətini kəskin tənqid edən prezident İlham Əliyev bu ölkənin əsarət altında saxladığı ərazilərdəki acınacaqlı vəziyyətdən danışdı. O dedi ki, Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları - red.) yenə də yaşanır.

Azərbaycan prezidenti Fransanın öz müstəmləkə rejimi altında saxladığı adalarda nüvə sınaqları keçirdiyini, bu sınaqların həmin bölgələrdə iqlimə və insanların sağlamlığına ciddi zərər vurduğunu da xüsusi vurğuladı. Fransa Polineziyasını misal gətirdi. Fransa rejiminin dənizaşırı ərazilərdə yerli xalqlara qarşı törətdiyi cinayətləri, nəticədə insanların həlak olmasını, kütləvi həbsləri dünya birliyinin diqqətinə çatdırdı.

Qəribə burasıdır ki, başqa ölkələrdə, məsələn qonşu Gürcüstanda qeyri-ənənəvi cinsi oriyentasiya daşıyıcılarına hər cür qayğı göstərən, onlara xüsusi imtiyazlar və hüquqlar tələb edən Avropa strukturları - Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti nə üçün Fransanın və başqa Avropa dövlətlərinin müstəmləkə qaydaları altında əzilən xalqları "görmür"? Yaxud, məsələn, elə Azərbaycanda bir naziri vəzifədə ikən "qatı korrupsioner" sayıb, adını öz "qara siyahı"sına yazan, ancaq o nazir həbsə düşəndə, sanki həmin şəxsi süddən çıxmış ağ qaşıq imiş kimi "siyasi məhbus" elan edib azadlığa çıxarmağa çalışan Qərb dairələri Fransanın bütöv xalqlara etdiyi zülmü, əlbəttə, görmək istəməz. Halbuki bu ilin may ayında Yeni Kaledoniyada Fransa təhlükəsizlik qüvvələri yerli xalqa qarşı qanunsuz, hədsiz ə güc tətbiq eləmiş, atəş açmış, xeyli insanı qətlə yetirmişdi. O atəşi açan əsgərlər və zabitlər, bəli, cinayət törədiblər. Qanun qarşısında məsuliyyət daşımalıdırlar, o ayrı bir məsələ. Ancaq bu cinayətin Fransa prezidenti Emmanuel Makron və Fransa hökuməti səviyyəsində sifarişçiləri, eləcə də, güc strukturlarının rəhbərləri və jandarma komandanlığının simasında təşkilatçıları da var axı. Hüquq (əgər o, doğrudan da, Fransada varsa) icraşıya nisbətən sifarişçiyə və təşkilatçıya daha ağır cəza nəzərdə tutur, elə deyilmi?!

Amma biz əksini görürük: başqa dövlətlərə hüquqdan dərs keçmək iddiasında olan Avropa təşkilatları bu cür qatilləri cəzalandırmaq əvəzinə, yuxarı başda oturdur. Bundan daha qəddar təzad varmı?!

P.S. Yeri gəlmişkən, Fransa prezidenti COP29-da yoxdur; gəlsəydi, törətdiyi cinayətlərin sağ qalan qurbanları ilə qarşılaşacaqdı.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri