Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 12 milyon 722,6 min ton təşkil edib. Bu da illik müqayisədə 12,1 faiz azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq 8 milyard 32,9 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədən 14 milyon 470,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 7 milyard 660,2 milyon dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın ixrac etdiyi xam neft və neft məhsullarının həcmi
18 Dekabr 2024 12:13
Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb
16 Fevral 2026 15:56
Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb
16 Aprel 2026 12:44
İxrac edilən xam neft və neft məhsullarının dəyəri 9 milyard dollara yaxınlaşır
16 Oktyabr 2025 11:20
Azərbaycanın ixrac etdiyi xam neft və neft məhsullarının həcmi açıqlanıb Xəbər saytı Son xəbərlər və Hadisələr
22 Dekabr 2024 20:59
Baxış sayı:154
Bu xəbər 17 Avqust 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















