İxrac edilən xam neft və neft məhsullarının dəyəri 9 milyard dollara yaxınlaşır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 3,48 faiz azalaraq 16 milyon 996,2 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 18,8 faiz azalaraq 8 milyard 938,8 milyon dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında ölkədən 17 milyon 608,8 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 11 milyard 8,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu ilin doqquz ayında neft bitumu ixracı isə 4,1 dəfə artaraq 4 min 313,7 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 1 milyon 128,4 min dollar olub. Ötən ilin müvafiq aylarında isə ölkədən 1 milyon 56,6 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 195,4 milyon dollar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















