Icma.az
close
up
RU
“Yeddi Gözəl” baleti “Balet günləri” layihəsinə yekun vurdu FOTO

“Yeddi Gözəl” baleti “Balet günləri” layihəsinə yekun vurdu FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin üçpərdəli "Yeddi Gözəl" baleti nümayiş olunub. Tamaşa ilə genişmiqyaslı "Balet günləri" layihəsinə yekun vurulub.

Baleti orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Libretto Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında Y. Slonimski, Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yazılıb. Əsərdə qədim şah Bəhram Gurun yeddi gözəl vasitəsilə həyatın mənasını, insan ruhunun dərinliklərini dərk etməsi, həm eşqin, həm də hakimiyyətin sınaqlarından keçməsi təsvir olunur.
Gecənin əsas rollarında Timur Oduşev (Bəhram) və Yuliya Ferştandt (Ayşə) çıxış ediblər. Onların səhnə dueti sevginin saflığını, itkinin ağrısını və insanın mənəvi oyanışını musiqi və hərəkətin dili ilə tamaşaçılara çatdırıb. Makar Ferştandt (Vəzir) isə qəhrəmanın qaranlıq tərəfini təcəssüm etdirərək, səhnədə gərginlik və daxili qarşıdurma atmosferi yaradıb.

Yeddi gözəlin rollarını Ayan Eyvazova (Gözəllər gözəli), Məryam Şabakayeva (Hind gözəli), Səbinə Məmmədova (Bizans gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Liana Praqa (Slavyan gözəli), Əməkdar artist Elmira Süleymanova (Məğrib gözəli) və Zəhra Tanrıverdiyeva (Çin gözəli) ifa ediblər. Rəqqasələrin plastikası və milli üslub elementləri tamaşaya rəngarəng emosional çalarlar qatıb.

Quruluşçu baletmeysterlər - Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov əsəri həm milli, həm də bəşəri duyğularla zəngin bir şəkildə təqdim ediblər. Repetitorlar Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artistlər Fərid İbrahimov və Yuriy Lobaçev olub.

Baletin səhnə tərtibatı da tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Quruluşçu rəssamlar - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev əsərin simvolikasını rəngarəng və poetik səhnə həlli ilə canlandırıblar.

Qeyd edək ki, 15 oktyabr - 11 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən "Balet Günləri" layihəsi çərçivəsində klassik və müasir balet sənətinin nümunələri tamaşaçılara təqdim olunub. Layihədə həm yerli, həm də xarici xoreoqrafların əsərləri nümayiş etdirilib, gənc ifaçılarla yanaşı, balet səhnəsinin tanınmış ustaları da çıxış ediblər.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri