Icma.az
close
up
RU
Yeddi gözəl, bir hekayə: Duyğuların rəqsi

Yeddi gözəl, bir hekayə: Duyğuların rəqsi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

 “Yeddi Gözəl" baletinin nümayişi ilə “Balet günləri” layihəsinin bağlanışı olub

Bakı, 11 noyabr, Gülay Nəzərova, AZƏRTAC

“Yeddi Gözəl” baleti hər biri ayrı bir mədəniyyətin, ayrı bir talenin daşıyıcısı olan yeddi fərqli obrazın hekayəsidir. Bu gözəllər təkcə fərdi surətlər deyil, həm də insanın öz iç dünyasındakı müxtəlif duyğuların və xəyalların rəmzidir. Onların hər biri Bəhramın yolunu işıqlandırır, amma, eyni zamanda, onun qarşısına sınaqlar qoyur. Qaranlıq vəziri, saf sevgini təmsil edən Ayşə və illüziyalarla həqiqət arasında qalan şah - bütün bu obrazlar bir-biri ilə qarşılıqlı təsir yaradaraq hekayənin əsas ideyasını formalaşdırır.

Məhz bu dərin mənalı əsərin səhnə təcəssümü ilə noyabrın 11-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin üçpərdəli “Yeddi Gözəl” baletinin nümayişi keçirilib və bununla da genişmiqyaslı “Balet günləri” layihəsinin bağlanışı olub.

AZƏRTAC xəbər verir ki, orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Libretto Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında Y.Slonimski, Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yazılıb.

Gecənin əsas rollarını səhnədə Timur Oduşev (Bəhram) və Yuliya Ferştandt (Ayşə) ifa ediblər. Onların duetlərində sevginin saflığı, itkinin acısı və insanın öz mənini dərk etmə ağrısı musiqi və hərəkətin dili ilə tamaşaçılara ötürülüb.

Seymur Qədiyev (Vəzir) isə qəhrəmanın qaranlıq tərəfini təcəssüm etdirərək, tamaşada gərginlik və daxili qarşıdurma atmosferi yaradıb. Onun səhnə davranışında və plastikasında hakimiyyət arzusu ilə məhəbbətə qarşı duran soyuq hesablama aydın hiss olunurdu.

“Yeddi Gözəl”in hər biri - Ayan Eyvazova (Gözəllər gözəli), Məryam Şabakayeva (Hind gözəli), Səbinə Hacıdadaş (Bizans gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Liana Praqa (Slavyan gözəli), Əməkdar artist Elmira Süleymanova (Məğrib gözəli) və Zəhra Tanrıverdiyeva (Çin gözəli) öz obrazlarının milli və bədii ruhunu incə plastika və zərif hərəkətlər ilə canlandırıblar.

Quruluşçu baletmeysterlər - Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov səhnəyə həm milli kolorit, həm də bəşəri duyğular qataraq əsərin ideya dərinliyini müasir nəfəsdə təqdim ediblər. Repetitorlar isə Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artistlər Fərid İbrahimov, Makar Ferştandt və Yuriy Lobaçevdir.

Baletin səhnə tərtibatı da xüsusi diqqət çəkib.

SSRİ Xalq artisti, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun, Əməkdar mədəniyyət işçisi Tehran Babayevin yaratdıqları rəngli səhnə dünyası “Yeddi Gözəl”in rəmzini - arzuları, illüziyaları və insanın özünü tapmaq axtarışını göz oxşayan bir tabloya çevirib.

Qeyd edək ki, oktyabrın 15-dən noyabrın 11-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə “Balet Günləri” layihəsi keçirilib. Layihə çərçivəsində klassik və müasir balet sənətinin ən gözəl nümunələri tamaşaçılara təqdim olunub. Bu müddət ərzində səhnədə həm yerli, həm də xarici xoreoqrafların quruluşunda əsərlər nümayiş etdirilib, gənc ifaçılarla yanaşı, balet səhnəsinin tanınmış ustaları da çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri