Icma.az
close
up
RU
Sözsüz hekayə və ya duyğuların səhnədəki dili

Sözsüz hekayə və ya duyğuların səhnədəki dili

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Eşq və ölüm”ün bitməyən hekayəsi

Bakı, 27 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Xalq artisti Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və ölüm” baleti… Tamaşa yalnız musiqi ilə qəlbləri fəth etmir, həm də dramatik dərinliyi ilə izləyənləri öz sehrinə çəkir. Hər səhnə bir hekayə danışır, hər hərəkət bir duyğunu ifadə edir. Tamaşaçı özünü əbədi mövzuların – sevgi, ölüm, dostluq və xəyanətin içində tapır.

Belə ki, “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında Polad Bülbüloğlu tərəfindən bəstələnən 2 pərdəli balet “Eşq və ölüm” “Balet günləri” layihəsi çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, “Eşq və ölüm” baleti ölməz məhəbbəti və qəhrəmanlıq qarşısında ölümün acizliyini tərənnüm edir.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun yaradıcılığının Azərbaycan mədəniyyətinin zənginliyini və dərinliyini əks etdirdiyini bildirib.

“Xalqımızın, mədəniyyətimizin Polad Bülbüloğlunun musiqisinə hələ də ehtiyacı var. Əminəm ki, biz bu kimi əsərləri gələcəkdə də sevə-sevə səhnəyə qoyacaq və tamaşaçılara layiqincə təqdim edəcəyik. Bu balet yalnız musiqi və rəqs nümunəsi deyil, həm də milli dəyərlərimizin, tariximizin və mədəniyyətimizin ifadəsi kimi böyük əhəmiyyət daşıyır”, - deyə Yusif Eyvazov qeyd edib.

Azərbaycanın Xalq artisti, bəstəkar, “Eşq və ölüm” baletinin müəllifi Polad Bülbüloğlu bildirib ki, baletin yenidən səhnəyə qaytarılması onun üçün xüsusi bir hadisədir.

“Mən özümü xoşbəxt sayıram ki, vaxtilə böyük bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun baletlərini SSRİ və xarici ölkələrin səhnələrində təqdim etmişik. Bu ənənə bu gün də davam edir. “Eşq və ölüm” baleti təkcə Azərbaycanda deyil, həmçinin qardaş Türkiyədə də dəfələrlə nümayiş olunub”, - deyə Polad Bülbüloğlu vurğulayıb.

Daha sonra tamaşaçılar “Eşq və ölüm” baletini izləyiblər.

Balet bir tərəfdən milli ruhu daşıyır, digər tərəfdən isə universal sənət dili ilə bəşəri dəyərləri əks etdirir. Bu əsər sözsüz dialoq vasitəsilə hər bir izləyicinin daxili dünyasına toxunur, onların duyğularını oyadır və bəşəri dəyərləri təbliğ edir. Hər detalı ilə həm milli, həm də universal üslubu birləşdirən “Eşq və ölüm” baleti, tamaşaçılara həm vizual, həm də emosional zəngin təcrübə təqdim edir.

Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Libretto müəllifi və quruluşçu xoreoqraf Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssam Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, xoreoqrafın assistenti Başkortostan Respublikasının Əməkdar artisti Denis Zayntdinovdır.

Əyyub Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, “Eşq və ölüm” Azərbaycan balet sənətində özünəməxsus yeri olan, həqiqətən də möhtəşəm bir sənət əsəridir.

Əyyub Quliyev 2015-ci ildə Belarusun paytaxtı Minskdə “Eşq və ölüm” baletini səhnələşdirdiklərini xatırladaraq bildirib ki, Xalq artisti Polad Bülbüloğlu ilə həmin dövrdə yaradıcı bir iş prosesi keçiriblər. Onun sözlərinə görə, bu, təkcə sənət baxımından deyil, həm də mədəni əməkdaşlıq sahəsində mühüm əhəmiyyət kəsb edən hadisə olub.

“Bizim məqsədimiz hər zaman tarixi keçmişimizə, milli köklərimizə bağlı mövzularda yaradılmış belə dəyərli əsərləri qorumaq və onları daim repertuarda saxlamaqdır,” – deyə Ə.Quliyev əlavə edib.

Qeyd edək ki, “Eşq və ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Bu il isə baletin səhnəyə qoyulmasının 20 illiyi tamam olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri