Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 may, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrında “Əbədi Tədbirlər Birliyi” layihəsinin və Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin birgə təşkilatçılığı ilə 7 şəhidin xatirəsinə həsr edilmiş “7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olunub.
Bu barədə AZƏRTAC-a tamaşanın ssenari müəllifi və rejissoru, “Əbədi Tədbirlər Birliyi” layihəsinin təsisçisi Polad Ağa İbrahimov məlumat verib.
O bildirib ki, tamaşanın səhnə danışığı üzrə rəhbəri Vəsilə Əhmədovadır.
Səhnə əsərində Birinci Qarabağ müharibəsi şəhidləri, Milli Qəhrəman Rövşən Nəriman oğlu Əliyev, Aydın Mahmud oğlu Manerov, 44 günlük Vətən müharibəsi şəhidləri Rüfət Qabil oğlu Əsgərov, Rüfət Mürvət oğlu Əsgərov, Tofiq Dadaş oğlu Kərimov, Vüsal Cəsarət oğlu Muradov və lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis serjantı Rasim Oktay oğlu Məmmədovun cənnətdə görüşü bədii formada təqdim olunub.
Tamaşada Vətən sevgisi, şəhidlərin ölməz ruhu, qəhrəmanlıq və xalqın milli birliyi əsas xətt kimi tamaşaçılara çatdırılıb.
Çıxış edən qonaqlar tamaşada şəhidlərin əziz xatirəsinin yad olunması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin təbliğini xüsusi vurğulayaraq, yaradıcı heyətə uğurlar arzulayıblar.
Sonda Tunar Şimşək və Tünzalə Əsədova şəhidlərə həsr olunan mahnılar ifa ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 27 May 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















