Icma.az
close
up
RU
Yediyimiz yeməkdən geyindiyimiz paltara qədər hər yerdə var BEYİNİ MƏHV EDİR

Yediyimiz yeməkdən geyindiyimiz paltara qədər hər yerdə var BEYİNİ MƏHV EDİR

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Plastik nəinki təbiəti çirkləndirir, o, indi yediyimiz yeməkdən tutmuş geyindiyimiz paltara qədər hər yerdə var. Araşdırmalar mikroplastiklərin orqanizmə vurduğu zərərləri bir-bir üzə çıxarıb. Mikroplastiklər təkcə qaraciyər və böyrək problemlərinə deyil, həm də psixi xəstəliklərə səbəb olur. Bəs mikroplastiklər orqanizmdə necə toplanır və hansı xəstəliklərə səbəb olur?

"Ölkə.az" xəbər verir ki, mikroplastiklər – yəni plastik tullantıların parçalanması nəticəsində yaranan 5 mm-dən kiçik hissəciklər artıq yalnız ətraf mühitdə deyil, hətta insan orqanizmində də geniş yayılıb. Son illərdə aparılan tədqiqatlar bu hissəciklərin insan orqanizminə daxil olaraq müxtəlif orqan və toxumalarda, o cümlədən beyində toplanaraq ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini göstərir.

Bəs mikroplastiklər orqanizmə necə daxil olur?

İnsanlar mikroplastikləri əsasən qida, içki və hava vasitəsilə qəbul edirlər. Məsələn, bir il ərzində yalnız şüşələnmiş su istehlakı nəticəsində orta hesabla 90 min mikroplastik hissəciyin udulduğu müəyyən edilib. Bu rəqəm kran suyu üçün təxminən 4 min hissəcikdir. Plastik qablar, torbalar, tekstil məhsulları və kosmetik vasitələr də mikroplastiklərin əsas mənbələrindəndir.

Beyində mikroplastiklərin yığılması və sağlamlığa təsiri

Nature Medicine jurnalında yayımlanan bir araşdırma göstərir ki, insanın beyin toxumasında orta hesabla 7 qram mikroplastik hissəcik tapılıb. Bu miqdar qaraciyər və böyrək toxumalarındakı miqdardan 7-30 dəfə çoxdur. Demans xəstələrinin beyinlərində isə sağlam şəxslərlə müqayisədə 3-5 dəfə daha çox mikroplastik aşkar edilib.

Pekin Universitetində aparılan başqa bir tədqiqatda mikroplastiklərin beyin damarlarında yığılaraq qan axınını maneə törətdiyi və motor funksiyalarda pozuntulara səbəb olduğu müşahidə edilib. Bu, mikroplastiklərin neyrotoksik təsirlərə malik ola biləcəyini göstərir.

Risk qrupları və əlavə təsirlər

Yaşlı insanlar və demans xəstələri mikroplastiklərin təsirinə daha həssasdırlar. Çünki yaş artdıqca qan-beyin baryeri zəifləyir və mikroplastiklərin beyin toxumasına keçməsi asanlaşır. Bundan əlavə, mikroplastiklər hormon sisteminə təsir edən endokrin pozucular daşıya bilər ki, bu da doğurganlıq və gələcək nəsillərin inkişafı üçün risk yaradır.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri