Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qastroenteroloq Natalya Slyunyayeva bildirib ki, bəzi gündəlik qidalar həddindən artıq qəbul edildikdə sağlamlığı tədricən zəiflədə bilər.
Ölkə.az xəbər verir ki, o, bu barədə "aif.ru"ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, gizli təhlükə yaradan əsas məhsullardan biri şəkər və şirniyyatlardır. Bu qidalar insulin səviyyəsində kəskin artıma səbəb olur, xroniki iltihabı gücləndirir və qaraciyərin piylənməsini sürətləndirə bilər.
Bundan əlavə, kolbasa və vetçina kimi emal olunmuş ət məhsulları da risklidir. Onların tərkibində olan nitritlər və konservantlar bağırsaqlara zərər verə və onkoloji xəstəliklərin riskini artıra bilər.
Həkim marqarin və sənaye üsulu ilə hazırlanan şirniyyatları da zərərli hesab edir. Bu məhsullarda olan trans yağlar damar sisteminə və maddələr mübadiləsinə mənfi təsir göstərir.
Paketlənmiş şirələr də göründüyü qədər faydalı deyil. Onlar lifsiz, lakin yüksək şəkər tərkibli olduğu üçün qaraciyərdə piylənməyə səbəb ola bilər.
“Bəzi məhsullar sağlamlığı yavaş, amma davamlı şəkildə zəiflədə bilər,” – deyə Slyunyayeva vurğulayıb.
Həkim həmçinin alkoqolun zərərini xatırladaraq bildirib ki, o, sistemli iltihab yaradır, qaraciyərə zərər verir və xərçəng riskini artırır. Mənfi təsirləri azaltmaq üçün isə o, qidalanmada balansı qorumağı, zərərli məhsulların miqdarını azaltmağı və onları faydalı qidalarla əvəz etməyi tövsiyə edib.
Həmidə İbrahimova
Baxış sayı:127
Bu xəbər 21 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















