Icma.az
close
up
RU
Yəhudilərdən Azərbaycanla bağlı kritik addım Sensasion plan açılır

Yəhudilərdən Azərbaycanla bağlı kritik addım Sensasion plan açılır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ yəhudi icmasının 50-dən çox ravvini “Avraam müqaviləsi”nin (İbrahim sazişləri – red.) genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Burada həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi də qeyd olunub.

Bu, ravvinlərin öz təşəbbüsüdür, yoxsa böyük qlobal prosesin tərkib hissəsi kimi düşünülmüş addımdır? Tramp ravvinlərin müraciətinə necə cavab verəcək?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi Tramp administrasiyasının diqqətindədir:

“İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib. Bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir. Ardınca ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfərindən sonra Bakıya eniş etdi. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Versiyama görə, İsrail əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır. Proseslər ABŞ-ın da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ehtimal ki, Vaşinqton və Təl-Əvivin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağının yaradılması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq məqsədi daşıyır. Belə addım Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər”.

Aqşin Kərimov

Analitik deyib ki, Azərbaycan İranla münasibətlərin gərginləşməsindən uzaqdır:

“Bizə əlavə geosiyasi ziddiyyətlər lazım deyil. Ümumiyyətlə, Ağ Ev və İsrailin İranla əlaqədar planlarına Bakının müdaxiləsi çətindir. Onsuz da İranın regional təsir rıçaqları zəifləyib. Bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu cür ssenari Tehrana xeyir verməyəcək. Çünki İran ölkəmizə qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibə və Ermənistana dəstəkdən məhrum edilir. Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı”.

A.Kərimov bildirib ki, ABŞ və İsrail nəşrləri Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə edirlər:

“Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil. İnteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür. Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır.  Məqsəd ABŞ və İsrailin dəstəyi ilə çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır. Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksəksəviyyəli diplomatik foruma daxil edəcək. Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri