Yəhyayev inamlı qələbədən sonra iddialı açıqlama verdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
UFC döyüşçüsü Əbdül-Rəhman Yəhyayev Brendson Ribeyro üzərində vaxtından əvvəl qazandığı qələbədən sonra təşkilatdakı iddialarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Türkiyə bayrağı altında çıxış edən çeçen əsilli idmançı ən qısa zamanda titul döyüşünə yaxınlaşmaq niyyətindədir.
“Mən dərhal titul uğrunda döyüşmək istərdim. Amma Ulberq və ya Proxazkanın adını çəksəm, onları mənə verməyəcəklər. Belə olduqda isə fərq etməz, istənilən rəqibi verin”, - deyə Yəhyayev söyləyib.
Döyüşçü həmçinin dəstəyə görə azarkeşlərə təşəkkür edib:
“Döyüşümü izləyən və mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Şadam ki, heç olmasa baxmağa nəsə olsun deyə döyüş 40 saniyədən çox çəkdi. Üç dəqiqə kifayətdir”.
Beləliklə, Yəhyayev divizionda sürətlə irəliləməkdə qərarlı olduğunu və yaxın vaxtlarda çempionluq döyüşünə yaxınlaşmağı planlaşdırdığını açıq şəkildə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 05 Aprel 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















